• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edildi

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edildi
28.10.2015 17:51
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 28 oktyabr 2015-ci il tarixdən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib.

ANN.Az xəbər verir ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 91-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə   - 15 test tapşırığı;
- qanunvericilik sahəsi üzrə  - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsi üzrə  - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə  - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 28 oktyabr 2015-ci il tarixdən 26 noyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat "Respublika” qəzetinin 28 oktyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilib.

Qeyd edək ki, Komissiya 06, 14, 28 avqust, 11, 18 sentyabr və 01 oktyabr 2015-ci il tarixlərdə də müsabiqə elan edib.

06 avqustda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə elan edilmiş müsabiqə 26 oktyabrda başa çatıb.
 Müsabiqənin test imtahanı mərhələsi 16 – 21 sentyabr tarixlərdə keçirilib. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən 772 namizəddən 66 nəfəri test imtahanı mərhələsində uğur qazanmışdır. Namizədlərdən 362 nəfəri test imtahanında iştirak etməmişdir. Müsabiqənin müsahibə mərhələsi 14 – 26 oktyabr tarixlərdə keçirilmişdir. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 64 nəfərdən 21-i vəzifəyə uyğun bilinib.

14 avqustda 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqə üzrə 6439 nəfər qeydiyyatdan keçmişdir. Müsabiqənin test imtahanı mərhələsi 23 sentyabr tarixdən başlanıb. Bu günə kimi test imtahanı mərhələsində iştirak edən 3224 namizəddən 914-ü uğur qazanıb. Bu müsabiqə üzrə test imtahanları davam edir.

28 avqustda 30 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqə üzrə 824 nəfər qeydiyyatdan keçib. Müsabiqənin test imtahanı mərhələsi 12 oktyabr tarixdən başlamışdır. Bu günə kimi test imtahanı mərhələsində iştirak edən 218 namizəddən 79-u uğur qazanmışdır. Bu müsabiqə üzrə test imtahanları davam edir.

11 sentyabrda 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə Komissiyada 3233 nəfər qeydiyyatdan keçmişdir. Müsabiqənin test imtahanı mərhələsi yaxın zamanda keçiriləcək.

18 sentyabrda 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə Komissiyada 616 nəfər qeydiyyatdan keçib. Bu müsabiqə üzrə də test imtahanları yaxın zamanda keçiriləcək.

01 oktyabrda 2 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 5 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə Komissiyada bu günə kimi 176 nəfər qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyat 30 oktyabr tarixdə başa çatacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol