• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

E-kitab - Erix Mariya Remark: Qadınlar haqda

E-kitab - Erix Mariya Remark: Qadınlar haqda
06.11.2015 22:18
- Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.
 
- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…

- Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

- Əgər qadın başqasına aiddirsə, o beş dəfə daha artıq arzu ediləndir.

- Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.

- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

- Sevgi… qadını daha itigözlü edir.

- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.

- Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?

- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.

- Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

- Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

(kultura.az)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
E-kitab: Nəcib Məhfuz – “Uşaqların cənnəti”
09:33
E-kitab: Nəcib Məhfuz – “Uşaqların cənnəti”
Mişel Monten: Bir gün yaşadınızsa, hər şeyi görmüş sayılırsınız - E-kitab
04:53
Mişel Monten: Bir gün yaşadınızsa, hər şeyi görmüş sayılırsınız - E-kitab
E-kitab: Ziyalı ailəsində doğulan uşaq - HEKAYƏ
03:11
E-kitab: Ziyalı ailəsində doğulan uşaq - HEKAYƏ
E-kitab - Aleksandr Stepanoviç Qrin: Gözlənilməzlik
21:02
E-kitab - Aleksandr Stepanoviç Qrin: Gözlənilməzlik
E-kitab - Alberto Moravia: İdeal cinayət (hekayə)
21:18
E-kitab - Alberto Moravia: İdeal cinayət (hekayə)
E-kitab - Şərif Ağayar: Babaş (hekayə)
21:56
E-kitab - Şərif Ağayar: Babaş (hekayə)
E-kitab -  İlya Çavçavadze: Yeni il hekayəsi
22:06
E-kitab - İlya Çavçavadze: Yeni il hekayəsi
E-kitab - Erix Mariya Remark: Qadınlar haqda
22:18
E-kitab - Erix Mariya Remark: Qadınlar haqda
E-kitab - Kamal Abdulla: Edam vaxtını dəyişmək olmaz
22:06
E-kitab - Kamal Abdulla: Edam vaxtını dəyişmək olmaz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol