"Rossiya 24": Azərbaycan futbolu başını qaldırır - VİDEO

Rusiyanın "Rossiya 24" telekanalı Azərbaycan futbolu, o cümlədən "Qarabağ" klubu haqqında süjet hazırlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Premyer Liqasının X turunda keçirilən "Qarabağ" - "Rəvan" matçından (1:0) aparılan çəkilişdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Maksim Medvedevin müsahibəsi təqdim olunub.
Süjetdə, həmçinin son illərdə Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafından, Bakının idman infrastrukturundan, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən, Bakının Avro-2020-nin keçiriləcəyi şəhərlərdən biri olmasından bəhs olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 