• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Pakistan Senatının nümayəndə heyətini qəbul etdi - Fotolar

İlham Əliyev Pakistan Senatının nümayəndə heyətini qəbul etdi - Fotolar
01.11.2015 17:28
Azərbaycan prezidenti İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Heydər Əliyevin ölkəsinə ilk səfərini ehtiramla xatırlayan M. Hüseyn onun ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğulayıb.

Qonaq Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini qeyd edərək seçkilərin nəticələrinin Azərbaycan xalqı və ümumilikdə region üçün uğurlu olacağına əminliyini ifadə edib. Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinə toxunan M. Seyid Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi yardımlara görə minnətdarlığını bildirib. Azərbaycanla dostluq münasibətlərindən qürur duyduqlarını vurğulayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini deyib.

Prezident İlham Əliyev Pakistanın bütün siyasi partiyalarının Azərbaycana münasibətdə güclü birlik nümayiş etdirməsini yüksək qiymətləndirib. Dövlət başçısı dost və qardaş Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayaraq hər iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. Yüksək səviyyəli qarşılıqlı münasibətlərin əhəmiyyətinə toxunan İ. Əliyev Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısı qardaş Pakistan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə verdiyi güclü dəstəyi ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. O, Azərbaycanla Pakistan arasında daim qarşılıqlı dəstəyin olmasının və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etməsinin əhəmiyyətini qeyd edib.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:09
"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
02:03
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
02:03
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
02:00
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
21:28
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
17:59
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
İlham Əliyev Fransadadır - Fotolar
09:24
İlham Əliyev Fransadadır - Fotolar
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
19:17
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
09:29
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol