Restoran tənqidi: “Çinar” restoranındakı xəyal qırıqlığı
![Restoran tənqidi: “Çinar” restoranındakı xəyal qırıqlığı Restoran tənqidi: “Çinar” restoranındakı xəyal qırıqlığı](https://anews.az/photo/850x500/2015-11/1446637240_1.jpg)
Elcan Bədəlov
"Çinar” kafesi keçən əsrin ortalarından bəri bakılıların ən sevimli məkanlarından biridir. Bu əfsanəvi məkanın menyusu əvvəllər kifayət qədər kasad idi - sosis, limonad, çay, şampan. Əvəzsiz dondurmanı da sanki menyunun yeknəsəkliyini ört-basdır etmək üçün təklif edirdilər. Amma buna baxmayaraq, bu yeknəsəklik "Çinar” kafesini gözəl şəhərimizin yaradıcı və elit təbəqəsinin kult məkanı olmaqdan məhrum etmirdi.
Təsəvvür edirəm, ətirli çaydan içilə-içilə burada necə böyük qlobal məsələlərin müzakirələri aparılıb. Mənimçün, uzun illər "Çinar” kafesinin qonşuluğunda yaşayan bir insan üçünsə o hər zaman qayğısız uşaqlıq və gənclik illəriylə assosiasiya olunur.
Dövr dəyişdi, onunla birgə şəhərimizin görünüşü də dəyişdi. Dəyişikliklər məşhur kafedən də yan keçmədi – 2010-cu ildə köhnənin yerində müasir ikimərtəbəli metal və şüşələrdən ibarət bina açıq elan edildi. Kafe Asiya mətbəxindən ibarət restorana çevrildi. Dəyişməyən təkcə ad qaldı – "Çinar".
İkinci dəfə doğulmasından sonra "Çinar" restoranı dərhal Azərbaycanda restoran biznesində liderlərdən biri oldu. Köhnə xələfindən estafeti alan kimi o, bizim şəhərimizin restoranlarının Məkkəsinə çevrildi. O, dərhal dəbə mindi, orada vaxt keçirmək yaxşı zövqün və incəliyin nişanəsi hesab olunmağa başladı. Bu illər ərzində restoran müştərilərlə dolub daşdı, xırda nüansları nəzərə almasaq, restoran mətbəxi, əla xidməti, mehriban personalı ilə hər zaman seçildi. Ancaq necə deyərlər, ən yaxşı şeylər də bir gün bitir...
Dostlarla birgə yayın yekununu qeyd etmək üçün restoranda görüşmək qərarına gəldik. Görüşün mövzusu sərbəst idi, məktəb dövrünü xatırladırdı – mən yayı necə keçirdim? Restoran seçimi demək olar çox vaxt almadı – hamı yekdilliklə "Çinar” kafesinin üzərində dayandı.
Hər zaman olduğu kimi cümə günü axşam restoran öz qapılarını mehribanlıqla üzümüzə açdı. 14 nəfər olduğumuzu, nəyisə müzakirə edərkən səs salacağımızı nəzərə alıb, restoranın ziyarətçilərini qorxutmamaq qərarına gəldik və ikinci mərtəbəyə qalxdıq. Tezcənə iştahımız açıldı, əla əhval-ruhiyyəmizi daha da qaldırmaq üçün sifariş verməyə başladıq. Dərhal qeyd edim ki, özümün cin-tonikini mən yalnız çoxsaylı xatırlatmalardan sonra ala bildim. Və mən bu şərəfə ancaq 45 dəqiqə gözlədikdən sonra layiq görüldüm. Sanki onu mənə Sumqayıtda yeni qatarla gətirirdilər.
Yemək sifarişləri standart-klassik idi. Uzun illik ziyarətlərmizdən sonra biz menyunu öyrənmişdik və standart-klassik yemək sifarişləri çox vaxt almadı. Seçimlər beləydi: edamame, Hot&Sour şorbası (Hot and sour with bamboo shoots and chicken), tataki salmonlu salat və limon souzu (Salmon tataki salad, lemon soy dressing), Gedza Asiya pelmeniləri (Ebi Gyoza—steamed prawn dumplings), toyuq salatı (Warm chicken salad), ördək və Pamela salatı (Duck and pomelo salad), yumşaq pansirləşdirilmiş krab salatı (Crispy soft shell crab, green papaya, kaffir leave ponzu), suşi və roll salatı, qara tresk (Atlantic black cod in spicy miso) və nəhayət yaşıl kari sousunda toyuq (Green chicken curry).
Yeməklərin hazırlanması və tərkibi barədəki detallar üzərində çox dayanmayacam. Məqaləni axıra qədər oxuyanda səbəbi başa düşəcəksiz.
Beləliklə, gözlənilən ziyafət başladı!
Edamame dadlı və orta duzlu idi. Prinsipcə soya paxlalarını praktiki olaraq korlamaq mümkün deyil, təbii ki, əgər onu korlamaq kimi niyyət yoxdursa.
Şorba pis deyildi, ancaq suyu çox olmuşdu, belə təəssürat yaranırdı ki, ya ərzaq çatışmamışdı, ya da ona su əndərmişdilər.
Tataki salmonlu və latuka yarpaqlı salat limon sousunun hesabına restoranın ən dadlı təamlarından biridir, ancaq həmin gün salat alınmamışdı. Açığını desəm, masadakılardan heç kim salata nə doldurulduğunu başa düşmədi. Yarpaq anbarının ortasında qalan salmon.
Asiya Gedza pelmeniləri mükəmməl idi, ona görə də təkrar sifariş heç kimi təəccübləndirmədi.
Toyuq salatıyla bağlı vəziyyət isə heç də ürəkaçan deyildi. Adətən mən belə mətbəx yaradıcılıqlarını bir sözlə ifadə edirəm – heç nə. Fikrimcə, onun dad duyğusunu siz anladınız.
Ördək salatı da özünün toyuq salatı qonşusundan geri qalmadı, o da bizdə qarışıq bir təəssürat yaratdı. Dəqiq bir fikir yarandı ki, salatı sadəcə ördək ətiylə birgə boşqaba qoyublar. Təkcə ördəyin dərisi varıydı, o da qorxunc vəziyyətdəydi.
Təsəvvür elədiyiniz kimi bizim şən əhval ruhiyyəmiz getdikcə korlanırdı, ancaq hələ yaxın gələcəkdə bizi nə gözlədiyindən xəbərsiz idik. Bizi xırtıldayan krab gözləyirdi. Şəxsən bu mənim ən dadlı və sevimli yeməyimdir. Krabı xırtıldayana qədər qovurur və möhtəşəm formada təqdim edirlər. Ancaq bu gün mənim krabımdan xlorka qoxusu gəlirdi... Bildiyim qədəriylə xlorkanı ucuz yeməkxanalarda verir və tez xarab olan dəniz məhsullarına vururlar.
Xahişimdən sonra krabı masadan götürdülər, ancaq nədənsə onu ümumi hesabdan çıxmağı unutdular.
Qarşıda hələ çoxlu sifarişlərimizin olduğunu fikirləşəndə, bizdə hələ də dadlı nəsə yemək ümidi qalmışdı. Biz necə də saf idik!
Masaya krabdan sonra gətirilən roll və suşi demək olar ümumi fonu ümumiyyətlə dəyişmədi. Ərzaqlar təzə olsalar da, sousla onlara edilən ilk təmasda rollar dağılırdılar, bu da o deməkdir ki, onların hazırlanması texnikasında səhvə yol verilmişdi.
Rolla, daha doğrusu soya sousu içindəki düyü ilə məsələni bitirdikdən sonra biz qara treskə keçdik.
Məqalələrdə bu təam barədə artıq xeyli məlumat vermişəm. Bundan başqa, mən Çinarda hazırlanan treskdən nümunələr belə gətirmişdim.
Çəngəli balığa batıranda və onun donmuş vəziyyətdə olmadığını aydınlaşdırandan sonra məmnuniyyətlə yeməyə başladım. Ancaq mən dərhal yerimdə donub qaldım. Ağzımda iylənmiş balığın dadı vardı. Yeməyin keyfiyyəti barədə yoldaşlarımdakı vəziyyəti də öyrənəndən sonra məlum oldu ki, acınacaqlı vəziyyət təkcə məndə deyilmiş, sifariş verilən bütün porsiyalardan qoxu gəlir. Bu, bir tərəfdən məni sevindirdi, bu o demək idi ki, bu, sırf mənə yönələn pis münasibət deyil. Digər tərəfdən isə qoxumuş balıq öz işini gördü, bizim bütün əhvalımız korlandı.
Mənim xahişimlə masaya yaxınlaşan ofisiant bizim məmnuniyyətsizliyimizi eşidə-eşidə treskləri masadan yığışdırdı. Bildiyiniz kimi köhnə balıq əti yemək istisnasız olaraq istənilən insanın sağlamlığı üçün təhlükəlidir. Digər ərzaqlardan fərqli olaraq, köhnə balıq təkcə pis təəssürata səbəb olmur, həmçinin insanın özünü pis hesab eləməsinə səbəb olur. Restoranın rəhbərliyinə çatdırmaq istərdim ki, zəhərlənmənin qarşısını almaq üçün mən dərhal su içməli, evə çatanda isə vacib həbləri qəbul etməli oldum.
Təəssüf ki, sonda yaşıl karidə verilən toyuq bizim əhval-ruhiyyəmizi düzəldə bilmədi, ancaq keyfiyyəti əla idi.
Biz heyrət içindəydik. Açılışdan bəri belə biabırçılıq olmamışdı. Məsələ ortadaydı, bizim baş aşpazın dəyişdirilməsi ilə bağlı fikrimiz yekdil idi. Mənimçün ən təəccübləndirici məqam yeni baş aşpazın qadın olması oldu. İstəməzdim məni qadınlara qarşı diskriminasiyada ittiham etsinlər, mən baş aşpazın qadın olması məsələsinə çox skeptik yanaşıram. Bizim naharımız mənim qənaətimi daha da möhkəmləndirdi. Oxucuya dönə-dönə demək istəyirəm ki, bu, mənim subyektiv fikrimdir.
Yaxınlaşan ofisiant məni fikirlərimdən ayırdı, dedi ki, baş aşpaz mənim fikrimlə razı deyil, balıqda heç bir problem yoxdur, bütün keyfiyyətlərə cavab verir.
Dərhal ortaya sual çıxır, əgər qoxu normadırsa, bəs baş aşpazın fikrincə, ərzağın keyfiyyətinə nə dəlalət edir? Bəs bütün normalara cavab verən balıq niyə naharın ümumi hesabına daxil edilməmişdi? Maraqlıdır, o özü özünün mətbəx ustalığının məhsulunu yeyərdimi? Restorandakı görüşümüz sona yaxınlaşırdı və biz kofe içə-içə gecəni harda keçirə biləcəyimizi müzakirə edirdik. Yeni talesizliklə üçün heç nə mane olmurdu. Finalda sonuncu kontrol atəşi vacib idi. Və o, bizə qulluq edən ofisiantın özündən gəldi.
Başa düşürsüz də, qoxumuş balıq mənə rahatlıq vermirdi və xahiş etdim mənə təzə limondan içki hazırlasınlar. Mən onu alanda bokaldan balıq iyinin gəldiyini fərq etdim. İylədim, siz deyin. Dostlarımın da yoxlamasını istədim. Cavablar yekdil idi – bokaldan balıq iyi gəlirdi. Mənim xahişimlə bokalı iyləyən ofisiant mənim yanıldığımı dedi və yoxa çıxdı. Prinsipcə, mən artıq belə şey gözləmirdim. Bir müddətdən sonra o qayıtdı və elə bir şey dedi ki, çaşıb qaldım. "Siz suşi yemisiz, ona görə də burnunuzda balıq qoxusu var, ola bilsin həm də sizin əlinizdən iy gəlir” – o əminliklə dedi. Bu süjetin əksidir.
Ətraflı izah eləməli oldum ki, mən Asiya restoranlarında istisnasız olaraq taxta qaşıqlarla yeyirəm, əllərimlə deyil. Və ən vacibi yeməyi ağzıma qoymazdan əvvəl onu burnuma sürtmürəm.
Gecə bitdi. Biz restoranı pozulmuş əhvalla və yaxın zamanda bu məkana baş çəkməmək qərarıyla tərk etdik.
Sonda mən restoranın baş aşpazına müraciət etmək istərdim.
Hörmətli, xanım Rouz Anq,
Sizə bildirmək istərdim ki, məncə və Çinar restoranının çoxsaylı müştərilərinin fikrincə, sizin mətbəxinizdə hazırlanan təamların keyfiyyəti düşüb. İnsanlar Vyetnamın, Kombocanın ucuz yeməkxanalarından hazırlanan keyfiyyətdə yemək yeyib, Parisin və Tokionun ən yaxşı restoranlarına uyğun hesab ödəmək istəmirlər.
Başa düşürsüz, ümid edirəm başa düşürsüz, ciddi reputasiyası olan restoranda, "Çinar”a da mən belə yanaşıram, yeməyin qaytarılması qəbuledilməzdi. İkinci, özü də əsas yeməyin qaytarılması isə görünməmiş hadisədi və sizin tərəfinizdən dərhal müdaxilə edilməlidir. Özünə hörmət edən istənilən baş aşpaz qaytarılan yeməyi dərhal yenisi ilə əvəz etməli, ən azından daimi müştərini razı salmaq üçün tamamilə yeni və feyerik bir şey təqdim etməlidir. Problemi aydınlaşdırmaq üçün müştərinin narazılığına mütləq qulaq asmaq lazımdır. Görünür belə qanunlar yalnız özünə hörmət edən restoranlarda və baş aşpazlarda keçərlidir. Bəs biz sizin timsalınızda nə gördük? Siz hətta bizə yaxınlaşmağa belə zəhmət çəkmədiniz, razılaşmadığınızı ofisiant vasitəsilə çatdırdınız. Çox təəssüf ki, dünyanın ən yaxşı restoranlarında ola insanların fikirləri sizinçün tamamilə maraqsızdır.
Ümid edirəm mənim məqaləmdən sonra siz özünüzçün ciddi nəticələr çıxaracaqsınız, əks təqdirdə siz Bakının ən məşhur restoranlarından birini müştərisiz qoyacaqsınız, belə olan təqdirdə isə "Çinar” sadəcə olaraq solacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)