• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir”

İlham Əliyev: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir”
05.11.2015 21:50
"Bu gün imzaladığımız birgə bəyannamə əlaqələrimizin gələcək inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi və qardaşlığımız dayanır. Bəyannamədə bütün sahələrdə konkret əməkdaşlıq öz əksini tapıb”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tiflisdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir: "Biz həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrimizin ərazi bütövlüyü məsələlərində bir-birimizə daim dəstək və arxa oluruq. Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək. Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələr öz əksini tapıb. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyi, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol