• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident Gürcüstan azərbaycanlıları üçün yeni iş yerləri yaratmağa çağırdı

Prezident Gürcüstan azərbaycanlıları üçün yeni iş yerləri yaratmağa çağırdı
06.11.2015 14:01
Gürcüstanda yaşayan azərbaycanlılar həmişə dövlətçiliyə dəstək veriblər və yaxşı vətəndaş olublar”
 
"Dünən Gürcüstanda apardığım danışıqlar da göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşündə deyib. O bildirib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük tarixi var: "Bu gün Gürcüstan və Azərbaycan qardaş ölkə kimi regionda böyük layihələr icra edir və bundan sonra da bu layihələri həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.
 
Dövlət başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan çoxmillətli, çoxkonfensiyalı ölkələrdir: "Bizim ölkələrimizdə xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu, bizim böyük uğurumuz və nailiyyətimizdir. Biz çox istəyirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər ölkələrinin ictimai-siyasi həyatında mühüm rol oynasınlar və öz ölkələrinin dəyərli vətəndaşları kimi inkişafa töhfə versinlər, eyni zamanda öz tarixi köklərini unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar, onların iş yerləri ilə təmin edilməsi üçün daha ciddi addımlar atılsın, onlar özlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi ölkənin ümumi inkişafına öz töhfələrini versinlər. Gürcüstanda yaşayan azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə dəstək veriblər və yaxşı vətəndaş olublar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşamısınız. Bu gün xalqlarımızı birləşdirən tarixi əlaqələr, çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə, sizin də həyatınıza müsbət təsirini göstərir”.
 
Prezident Marneuli Gənclər Mərkəzində və Çay Evində həyata keçirilən layihələri, gürcü dilinin öyrənilməsini müsbət dəyərləndirib: "Siz bu dili bilməklə Gürcüstanın dövlətçiliyinə töhfə verirsiniz”.
 
Azərbaycan prezidenti Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan azərbaycanlılar üçün yaxşı şərait yaratmağa çağırıb: "Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ
10:21
Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
İlham Əliyev Ermənistanla etimadın bərpa olunması şərtlərini açıqladı
10:01
İlham Əliyev Ermənistanla etimadın bərpa olunması şərtlərini açıqladı
XƏBƏR ANı: Həll olunmayan problemimiz - LİFT
06:55
XƏBƏR ANı: Həll olunmayan problemimiz - LİFT
Bu art deyil, çirkli dənizdir - FOTOLAR
06:46
Bu art deyil, çirkli dənizdir - FOTOLAR
NO COMMENT: Bakı bir gecəyə bu hala düşdü... - ANN.TV
06:29
NO COMMENT: Bakı bir gecəyə bu hala düşdü... - ANN.TV
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Siyasət 04:12
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol