• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə görüşüb - FOTO

İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə görüşüb - FOTO
06.11.2015 21:40
Noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

Azərbaycan Prezidentini səmimiyyətlə salamlayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı bundan sonra da xalqlarımızın sülh və firavanlıq şəraitində yaşayacaqlarını bildirdi. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu dedi.

Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirdi. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırdı. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirdi ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə etdi.

Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə Bakıdakı səmimi görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğuladı. Dövlətimizin başçısı Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını dedi. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğuladı. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlətimizin başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirdi. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən Prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirdi.

SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu dedi. Dövlətimizin başçısı Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğuladı.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
 
 

 

 

 
 
 

 
 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol