• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Metropoliten işçilərinin peşə bayramı

Metropoliten işçilərinin peşə bayramı
08.11.2015 16:00
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteniişçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən 48 ildə böyük inkişaf yolu keçib. 

İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.

Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - "Məşədi Əzizbəyov” (indiki "Koroğlu”), "Avrora” (indiki "Qara Qarayev”) və "Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - "Nizami”, "Bakmil”, "Elmlər Akademiyası”, "İnşaatçılar”, "20 Yanvar”, "Memar Əcəmi”, "Xalqlar dostluğu”, "Əhmədli”, "Cəfər Cabbarlı” və "Həzi Aslanov” stansiyaları əlavə olundu. Bu gün Bakı Metropoliteninin 23 stansiyası fəaliyyət göstərir.
Dövlət başçısı İlham Əliyev metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. "İçərişəhər”, "Koroğlu”, "28 May” stansiyaları yenidən qurulub. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2016-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Avtovağzal” və "M.Əcəmi-2” stansiyalarında artıq son tamamlama işləri görülür.

Paytaxtımızın metrosunu qarşıda daha böyük perspektivlər gözləyir. "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən 2030-cu ilədək metro xətlərinin sayı beşə, ümumi uzunluğu isə 119 kilometrə çatdırılacaq. Həmin müddətdə 53 yeni stansiya və 84,3 kilometr metro xətləri inşa olunacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Cəmiyyət 16:25
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol