• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev AMEA-nın ümumi yığıncağında çıxış etdi

İlham Əliyev AMEA-nın ümumi yığıncağında çıxış etdi
09.11.2015 13:02
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaq keçirilib.

"Report" xəbər verir ki, yığıncaqda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.

***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçirilir. 

"Report" xəbər verir ki, akademiyanın əsas binasında keçirilən yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. 

Tədbirə dövlət və hökumət rəsmiləri, akademiklər, ictimai-siyasi xadimlər, universitet rektorları, AMEA-nın əməkdaşları qatılıblar. 

Xatırladaq ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası yaradılıb. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.
Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçildi.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.

2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.

Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol