• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA

AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA
10.11.2015 15:14
Rusiyaya məxsus Airbus A 321 təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasından sonra bir sıra ölkələr Şarm-Əl-Şeyxə təyyarə reyslərini təxirə salırlar. Sərnişinlərin təhkükəsizliyi baxımından onlar Misirin məşhur turizm məkanı olan Şarm-Əl-Şeyxə uçuşları dayandırmaq məcburiyyətində qaldıqlarını bildiriblər.
 
Şarm-Əl-Şeyx eyni zamanda Azərbaycan vətəndaşlarının da istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Bu dəhşətli qəzadan sonra "Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarələri bu istiqamətdə hərəkət edirmi? Son hadisələr uçuşlara təsir edibmi?  

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Modern.az-a bildirib ki, onların bu istiqamətdə təyyarə reysləri  yoxdur:

"Bizim bu istiqamətdə reyslərimiz yoxdur. Ümumiyyətlə, bizim uçuş istiqamətləri üzrə heç bir təhlükə yoxdur və sərnişinlərimizin təhlükəsizliyi tam təmin edilib”.

Şarm-Əl-Şeyxdən Sankt-Peterburq şəhərinə uçan Airbus A 321 təyyarəsi oktyabrın 31-də qəzaya uğrayıb. Sinay yarımadasında yerə düşən hava gəmisindəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.  

Bəzi mənbələr təyyarənin texniki səbəbdən qəzaya uğradığını, digərləri isə terror aktı nəticəsində, daha konkret İŞİD terror təşkilatı tərəfindən vurulduğunu və ya partladıldığını iddia edirlər.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol