• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Türkiyə Azərbaycanla akademikləri mübadilə edəcək

Türkiyə Azərbaycanla akademikləri mübadilə edəcək
11.11.2015 14:43
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Əhməd Cavad Acarla görüşüb.

Modern.az-ın məlumatına görə, A. Əlizadə AMEA-nın 70 illik yubileyində iştirakına görə Əhməd Cavad Acara təşəkkürünü bildirib. TÜBA prezidenti də öz növbəsində akademik Akif Əlizadəni yubiley münasibətilə təbrik edib, AMEA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb.

AMEA ilə TÜBA arasında gələcəkdə ikitərəfli elmi əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif istiqamətlərdə qarşılıqlı elmi təcrübə mübadiləsi həyata keçirmək məqsədilə təşkil edilən görüş beynəlxalq akademik qurumlarla növbəti layihələr reallaşdırmağa xidmət edir.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər təşkil etmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.
Eyni zamanda tərəflər müqavilə sayəsində həyata keçiriləcək kadr mübadiləsinin hər iki ölkənin elmi sahədəki inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə ediblər. Memorandumda təcrübədən yararlanmağa cəlb olunan elm adamlarının araşdırmaları ilə fərqlənən alimlər sırasından seçilməsi və təcrübə mübadiləsinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən elm mərkəzlərinin inkişafına töhfə verməsi ilə bağlı müddəalar öz əksini tapıb.
         
Müqaviləyə əsasən, tərəflər elmi və texnoloji siyasət sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif tipli elmi nəşr və informasiyalar barədə bir-birlərini qarşılıqlı məlumatlandıracaqlar.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Cəmiyyət 16:25
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol