• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Polşa Rusiyanı məhkəməyə verir

Polşa Rusiyanı məhkəməyə verir
11.11.2015 21:05
Polşa Rusiyanı 2010-cu ildə Rusiyada qəzaya uğramış təyyarəsinin qalıqlarını saxladığına görə məhkəməyə verir. Həmin qəzada Polşa prezidenti həlak olmuşdu. Məlumatı noyabrın 10-da ölkənin xarici işlər naziri açıqlayıb.

Rusiya hələ təhqiqatı bitirmədiyi üçün qalıqları qaytarmaqdan imtina edir.

Witold Waszczykowski TVN24-ə deyib ki, Polşa "ləngidiyinə”, "Polşanın mülkiyyətini saxladığına görə” Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə verəcək.

"Aydındır ki, Rusiya qalıqları siyası məqsədlərlə saxlayır və biz də siyasi yolla cavab verməliyik,” o, deyib.

2010-cu ilin aprelində Smolensk yaxınlığındakı qəzanın pilotun səhvi ucbatından baş verdiyi bildirilir. Qəzada prezident Lech Kaczynski, mərkəzi bank rəhbəri, ordu komandirləri, bir sıra yüksək rütbəli rəsmilər, cəmi 96 nəfər həlak olmuşdu.

Polşada bəzi siyasətçilər Rusiyanın bu qəzada əli olmasına inanır. Polşa liderləri 1940-cı il Katyn qətliamının anım tədbirinə gedirdilər. O vaxt Sovet İttifaqının gizli polisi minlərlə polşalı zabiti qətlə yetirib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Dünya 10:27
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Dünya 09:51
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol