• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

Hacı Şahin: "Azərbaycanda bütün məscidlərə pulsuz təbii qaz verilir" - VİDEO

Hacı Şahin:
29.05.2020 02:48
 "Artıq bir neçə ildir ki, Azərbaycanda məscidlər pulsuz olaraq təbii qazla təmin olunub və bu proses hələ də davam edir".
 
Bunu "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

QMİ rəsmisi bildirib ki, Azərbaycanda fəaliyyət göstərən, qeydiyyatdan keçən dini icmaların yerləşdiyi bütün məscidlərə pulsuz təbii qaz verilir: "Azərbyacanda təkcə şəhər və rayon mərkəzilərində deyil ən ucqar kəndlərdə yerləşən bütün məscidlər təbii qazla pulsuz təmin olunur. Bu da ibadət üçün həmin məscidə toplaşan insanların rahatlığı üçün nəzərdə tutulub".

Hacı Şahin Həsənli qeyd edib ki, bir çox hallarda icması olmayan və ya qeydiyyatdan keçməyən məscidlər də mavi yanacaqla təmin olunur: "İcması olmayan və ya qedydiyyatdan keçməyən məscidlər var ki, qanunla həmin məscidlərə qaz verilməməlidir. Amma Azərbaycan dövlətinin humanist addımlarından biri də qeydiyyatda olmayan lakin insanların ibadət üçün toplaşdığı bəzi məscidlərə də pulsuz mavi yanacaq verilib və bu proses davam etdirlir".

QMİ-nin Qazilər Şurasının üzvü və Cənub regionu üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Qənizadə "Report"a bildirib ki, artıq 2 ildən çoxdur ki, cənub bölgəsində yerləşən məscidlərə təbiii qaz verilib. "Cənub bölgəsinin təbii qazla təmin olunan bütün ərazilərində, kiçik kənd olsa belə qeydiyyatdan keçən məscidlərə bərabər bölgü üzrə qaz verilir. Bu da dövlətimizin dini-mənəvi dəyərlərimizə nə qədər hörmətlə yanaşmasının bariz təzahürüdür".

Tərtər rayon Cümə məscidinin axundu Hacı Sadiq Cəfərov bildirib ki, rayonun bütün məscidləri həmçinin ucqar dağ kəndlərində yerləşən məscidlər pulsuz təbii qazla təmin olunub: "Müsəlmanların inanc yeri olaraq üz tutduqları məkan, təbii ki, məscidlərdir. Qış aylarında ibadət etmək üçün istilik sistemi vacib məsələdir. Bunun üçündə dövlət tərəfindən məscidlər pulsuz mavi yanacaqla təmin olunub". Məscidin axundu bildirib ki, Tərtər rayonun cəbhə xəttində yerləşən məscidlərində də təbii qazdan pulsuz istifadə olunur.
 






 
 
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in qadın xilasediciləri - VİDEO
10:57
FHN-in qadın xilasediciləri - VİDEO
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
10:01
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
06:49
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
Tələbələrə şad xəbər - Video
06:45
Tələbələrə şad xəbər - Video
Bakıda “kley iyləyənlər” - VİDEO
06:44
Bakıda “kley iyləyənlər” - VİDEO
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
06:42
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
Polisi sürüyən sürücü tutuldu - VİDEO
06:38
Polisi sürüyən sürücü tutuldu - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol