• $
  • £

AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşdi

AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşdi
29.05.2020 03:22
AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, bu komandaların adı pley-offun cavab oyunları çərçivəsində baş tutacaq son iki görüşdə bəlli olub.

Eyni saatda başlayan matçların hər ikisinə qonaqlar üstünlüklə çıxıb. Ukrayna millisi öz meydanında qazandığı 2:0 hesablı qələbənin verdiyi üstünlüklə yollandığı səfərdə 1:1 bərabərə qalaraq Fransaya getməyə haqq qazanıb.

Danimarkada baş tutan şimallıların duelində isə İsveç üstün tərəf idi. İlk oyunda 1:2 hesabı ilə məğlub olan danimarkalılar səfər qoluna ümid etsələr də, İbrahimoviçin iki qolu ilə hesabda geri düşdülər. Matçın sonlarına yaxın toparlanaraq 2:2-lik bərabərliyə nail olsalar da, bu Avropa çempionatına getmək üçün yetərli olmayıb.

Beləliklə, 2016-cı ildə Fransada baş tutacaq Avropa çempionatında iştirak edəcək bütün komandaların adlarına aydınlıq gəlib.

AVRO-2016-nın seçmə mərhələsi

Pley-off, cavab oyunları

17 noyabr

Sloveniya – Ukrayna - 1:1

Qollar: Sezar, 11 - Yarmolenko, 90+7

İlk oyun – 0:2

Danimarka – İsveç - 2:2

Qollar: Poulsen, 81, Vesteqard, 90+1 - İbrahimoviç, 19, 76

İlk oyun – 1:2
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol