• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Rəşad Sadıqov yığma karyerası ilə bağlı qərarını açıqladı

Rəşad Sadıqov yığma karyerası ilə bağlı qərarını açıqladı
29.05.2020 02:21
"Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasındakı karyerasını davam etdirməyi qərara alıb.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə 33 yaşlı müdafiəçi jurnalistlərə açıqlamasında bildirib.

Yığmanın kapitanı deyib ki, belə bir qərarı baş məşqçi Robert Prosineçki ilə görüşdən sonra qəbul edib: "Daha öncə 2 görüşümüz olmuşdu. Üçüncü belə görüş isə Moldova ilə yoldaşlıq görüşü öncəsi təlim-məşq toplanışında baş tutdu. Bundan sonra qərara gəldik ki, yığma karyeramı davam etdirim. Milliyə nə qədər - bir oyunluq, yoxsa bir seçmə tsikl boyunca lazım olacağımı zaman göstərəcək. Mən də milliyə layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Layiq olmadığımı hiss etsəm, oynamaram".

R.Sadıqov 2015-ci ilin Azərbaycan futbolu üçün uğurlu keçdiyini bildirib:
"Ötən il çox uğursuz olmuşdu. Bundan sonra yeni baş məşqçi gəldi. Vaxt çox az idi. Amma Robert Prosineçki qısa müddətdə komandanı toparlaya və oyun fəlsəfəsini tamamilə dəyişə bildi. Moldova ilə oyunda hücum edən, kombinasiya quran komanda gördük. Çox sevindirici haldır. Bircə Bolqarıstanla səfər matçında istədiyimiz oyunu sərgiləyə bilmədik. Hətta İtaliyaya uduzduğumuz qarşılaşmada da yaxşı təsir bağışlamışdıq".

Təcrübəli futbolçunun fikrincə, Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsi öncəsi ümidverici durumdadır: "Növbəti seçmə mərhələ üçün çox ümidliyik. Baş məşqçimiz də bizə çox inanır. Mənimlə söhbətlərdə də çox inamlı danışırdı. Komandanın oyunçularını da çox ruhlandırır. Əlimizdən gələni edəcəyik ki, "DÇ-2018"in seçmə mərhələsi bizim üçün maraqlı keçsin".

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 100 oyuna çıxmış Rəşad Sadıqov Moldova ilə yoldaşlıq görüşündə zədə səbəbindən oynamayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol