• $
  • £

Yunanıstanda "Qəbələ"nin təhlükəsizliyi dövlət səviyyəsində qorunacaq

Yunanıstanda
29.05.2020 11:11
PAOK-la oyunda Fakundo Pereyra oynamayacaq

"Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə keçirəcəyi V tur oyununda dövlət səviyyəsində təhlükəsizlik tədbirləri görüləcək. Klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında bu barədə PAOK rəhbərliyinin "qırmızı-qaralar"ı məlumatlandırdığını bildirib. 

Onun sözlərinə görə, kütləvi əhəmiyyət daşıdığından, Saloniki şəhərində baş tutacaq görüşə nəzarət də güclü olacaq. 

Klub rəsmisi komandanın Yunanıstana səfər proqramını da açıqlayıb. Noyabrın 21-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" iki gün sonra Qəbələdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək. 

"Sumqayıt"la görüşdə hücumçu Sergey Zenyovla qapıçı Dmitri Bezotosnı forma geyinməyəcək. Onların Avroliqa oyununda meydana çıxıb-çıxmayacağı isə bilinmir. Əvəzində digər zədəlilər Ruslan Abışov, Fakundo Pereyra və Ermin Zets artıq komandayla məşqlərə qoşulub. Bu oyunçuların da nə vaxt meydana çıxacağı məlum deyil. PAOK-un "Qəbələ"də icarə əsasında çıxış edən futbolçusu Pereyranın iki klub arasındakı razılaşmaya əsasən, Yunanıstanda meydana çıxmayacağı dəqiqdir. 

Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı noyabrın 26-da yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlanacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol