• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Azərbaycan postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir”

 “Azərbaycan postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir”
20.11.2015 17:08

 "G-20 sammiti çərçivəsində ardıcıl iclaslar keçirilirdi, ona görə də görüşlər ayaqüstü olurdu. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri, Avropa Komissiyasının prezidenti, Malayziya baş naziri ilə görüşləri oldu”.
 
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş keçirilib: "Bu görüş və qarşılıqlı səmimilik iki dövlət və prezident arasında səmimiliyin bir göstəricisi idi”.
  
Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, Azərbaycanın məqsədi Avropa ilə, Qərblə sıx əməkdaşlıq olub: "Azərbaycan bu günə qədər postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir. Ancaq Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Yəni bizə münasibətdə ədalətli olsunlar. Son bir neçə ildə Avropada, ABŞ-da bəzi dairələr bizə ədalətsiz münasibət göstərdi və biz də buna münasibətimizi bildirdik. Biz deyirik ki, gəlin bir-birimizə qarşı ədalətli olaq. Bu gün dünyada müşahidə etdiyimiz hadisələr böyük dövlətlərin apardıqları siyasətin nəticəsidir. Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol