• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Fransanın Sofiya-Antipolis Universitetinin professoru ADU-da oldu - Fotolar

Fransanın Sofiya-Antipolis Universitetinin professoru ADU-da oldu - Fotolar
21.11.2015 18:36

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə tələbələrlə görüş keçirildi.
 
ADU-nun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə , görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Günü münasibətilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş "Müasir dövrdə fəlsəfənin statusu və tədrisinin problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransa dəvət olunmuş  Fransanın Sofiya-Antipolis Universitetinin Hüquq və siyasi elmlər departamentinin rəhbəri, hüquq elmləri doktoru, professor Kristian Vallar və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov qonaqları salamladı və onları ADU-da görməkdən məmnunluğunu dilə gətirdi. Sonra o, sözü Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyeva verdi.

Sofiya-Antipolis Universitetinin Hüquq və siyasi elmlər departamentinin rəhbəri, hüquq elmləri doktoru, professor Kristian Vallari iştirakçılara təqdim edən professor İsaxan Vəliyev öz çıxışında multikulturalizm haqqında qısa məlumat verdi. Azərbaycanın multikultural ölkə olduğunu deyən professor, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Xarici əlaqələr şöbəsinin müdiri, professor Zöhra Əliyeva və özünün Fransa Respublikası tərəfindən ordenlərlə təltif olunduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Professor İtaliyada keçirilən "Multikulturalizmə dair Azərbaycan və İtaliya perspektivləri” adlı tədbir haqqında məlumat verdi, həmçinin dünyanın 11 ölkəsində Azərbaycan multikulturalizminin müxtəlif istiqamətlərdə təqdim olunduğunu vurğuladı. Görüşün məqsədinin dunyada geden proseslərlə, elmi nailiyyətlərlə gənclərin taniş olması olduğunu deyən İsaxan Vəliyev tədbirin keçirilməsinə şərait yaratdığı üçün universitet rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Sonra departament rəhbəri Kristian Vallar "Fransada təhsil sisteminin özəllikləri” mövzusunda cıxış etdi. 

Professor Kristian Vallar çıxışında multikulturalizm anlayışı haqqında məlumat verdi və tarixboyu Fransa qanunvericiliyində azad insan anlayışının mövcud olduğunu dilə gətirdi. Fransada ictimai fəaliyyətdə bir dilin istifadə olunduğunu söyləyən qonaq konstitusiyada da dövlət dilinin fransız dili olduğunu bildirdi. Professorun sözlərinə görə hökumət qurumlarına müraciət yalnız fransız dilində olmalıdır, əks halda həmin müraciətin tərcüməsi və notarial qaydada təsdiq olunması vacibdir. Fransa universitetlərindən danışarkən Kristian Vollar hicab məsələsinə də toxundu. Belə ki, Fransada gündəlik həyatda hicaba icazə verilsə də, təhsil müəssisələrində onun istifadə olunması qadağan olduğunu qeyd etdi. 

Sofiya-Antipolis Universitetinin Hüquq və siyasi elmlər departamentinin rəhbəri Kristian Vollar təmsil etdiyi universitet haqqında danışdı. O, universitetdə 15 fakültənin mövcudluğunu və 27 mindən çox tələbənin təhsil aldığını sözlərinə əlavə etdi. Fakültə dekanlarının 5 il müddətinə 2 dəfə seçilə bilməsini diqqətə çatdıran professor Fransada universitet rektorunun da 4 il müddətinə 2 dəfə seçilə bilməsini, lakin bu seçimlərdən sonra mütləq fasilə olmasının vacibliyini qeyd etdi. Sofiya-Antipolis Universitetinin 13 xarici universitetlə əməkdaşlıq etdiyini vurğulayan qonaq bu əməkdaşlığın əsas məqsədinin elmi tətqiqatları genişləndirmək və beynəlxalq aləmdə tanınmaq olduğunu bildirdi. 

Sonda doktor Vazeh Əsgərov universitet haqqında ətraflı məlumat verdiyinə görə qonağa öz təşəkkürünü bildirdi. Eyni zamanda bir neçə gün öncə Fransada baş vermiş terror aktı ilə bağlı Azərbaycan xalqının Fransanın yanında olduğunu və Azərabaycanın terrorizmi qəti surətdə rədd etdiyini söylədi. O, həmçinin Prezident İlham Əliyevin Parisdə keçirilən UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı zamanı "İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir” fikrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatdı. 
 
 

 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Naxçıvanda - FOTOLAR
Cəmiyyət 10:07
Zakir Həsənov Naxçıvanda - FOTOLAR
ADU-da
Cəmiyyət 09:56
ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir - Fotolar
Bakıda yaşayış binası yandı - FOTOLAR
Cəmiyyət 09:18
Bakıda yaşayış binası yandı - FOTOLAR
Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında - Fotolar
Cəmiyyət 07:48
Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında - Fotolar
​İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb - Fotolar
Cəmiyyət 04:15
​İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb - Fotolar
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi – FOTOLAR
Cəmiyyət 04:03
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi – FOTOLAR
Şəhidlər Xiyabanında aparılan işləri yekunlaşdı - Fotolar
Cəmiyyət 01:35
Şəhidlər Xiyabanında aparılan işləri yekunlaşdı - Fotolar
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
Cəmiyyət 00:17
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR
Cəmiyyət 22:53
«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol