• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

20-ci qanunsuz səfərdə nələr olub?

20-ci qanunsuz səfərdə nələr olub?
23.11.2015 22:00
Azərbaycanın işğal olunmuş ərazisinə növbəti qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 21-i Xankəndidə zabitlər üçün tikilmiş 174 mənzilli binanın, separatçı ordunun qərargahı üçün nəzərdə tutulmuş idman zalının, hərbi hissələrdən birinin yeməkxanasının açılış mərasimlərində iştirak edib. Həmin gün o, Ermənistan və Dağlıq Qarabağ ordularının ali zabit heyətinin müşavirəsinə qatılıb.

Serj Sərkisyanın səfəri çərçivəsində Ağdərənin Qanzasar kəndində qədim əlyazmalar korpusu da açılıb.

Noyabrın 20-də isə Serj Sərkisyan bəzi hərbi hissələrə baxış keçirib, obyektlərin açılışında iştirak edib, Cəbrayıl rayonu ərazisindəki poliqonda taktiki təlimləri izləyib.

Transparency.az bildirir ki, 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 20-ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçıları hərbi qüvvələrinin komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Ermənistan Silahlı Qüvvələri 22 ildir Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol