• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Avropa Prokurorlarının Məşvərətçi Şurasının yeni prezidenti seçildi

Avropa Prokurorlarının Məşvərətçi Şurasının yeni prezidenti seçildi
23.11.2015 18:06
Baş Prokurorluğun nümayəndəsi Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında fəal iştirak edib.
 
Prokurorların dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolunu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın zəruriliyini nəzərə alaraq 2005-ci ilin iyul ayında AŞ Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE) yaradılıb.

ANN.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, AŞ üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən Şura hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.

19-20 noyabr 2015-ci il tarixlərində Strasburq şəhərində CCPE-nin 10-cu plenar iclası keçirilib.

Tədbirdə ekspert qrupu tərəfindən "Prokurorların cinayət işlərinin istintaqında rolu” adlı sənəd müzakirə edilərək qəbul edilib. Sənəddə istintaqın hansı hallarda prokuror tərəfindən aparılması, prokurorların digər istintaq orqanları ilə əlaqələri, prosessual rəhbərlik, istintaq zamanı müdafiə tərəfinin hüquqlarının qorunmasında prokurorların rolu, istintaq texnikası, istintaq prosesində prokurorların rolunun gücləndirilməsi, KİV-lərlə səmərəli əlaqə və prokurorlar üçün təkmilləşdirmə kurslarının keçirilməsinə dair tövsiyələr nəzərdə tutulub.

Plenar İclasda Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov sənədin müzakirəsi zamanı ölkəmizdə cinayət işlərinin istintaqının aparılmasında və ibtidai istintaqa prosessual rəhbərlikdə, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət sahəsində prokurorluq orqanlarının rolu barədə tədbir iştirakçılarını məlumatlandırmış, irəli sürdüyü təkliflər qəbul edilmiş sənəddə əksini tapıb.

Tədbir çərçivəsində CCPE-nin prezidenti Sedrik Vizar yekdilliklə növbəti il üçün həmin vəzifəyə yenidən seçilib.

Sonda terrorizmə qarşı mübarizədə prokurorların rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında bəyanat qəbul edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol