• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Putin Türkiyəni hədələdi

Putin Türkiyəni hədələdi
24.11.2015 17:25
"Bu, arxadan vurulan zərbədir”.

Rusiya prezidenti Vladimir Putin Suriyada Su-24 təyyarəsinin vurulmasını terrorçuları dəstəkləyənlərin Rusiyaya arxadan vurduğu zərbə adlandırıb.

Onun sözlərinə görə, Su-24 Suriya ərazisində Türkiyə qırıcısından buraxılmış "hava-hava” tipli raketlə vurulub, prezident Putin İordaniya kralı II Abdulla ilə görüşdə bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Rusiya liderinin sözlərinə görə, rusiyalı pilotlar heç bir halda Türkiyəni təhdid etməyiblər.

"Rusiya Türkiyəyə təkcə qonşu yox, həm də dost ölkə kimi yanaşırdı. Bunun kimə lazım olduğunu bilmirəm, lakin bizə lazım deyildi”, - deyə, Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, Rusiya Suriyada təyyarəsinin başına gələnləri təhlil edəcək:

"Rusiyanın ABŞ ilə bu cür insidentlərdən qaçmaq barədə saziş bağlamasına baxmayaraq, Türkiyə bizim təyyarəmizə zərbə endirdi. Suriyada Rusiya təyyarəsi ilə bağlı faciə Moskva və Ankaranın münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq”, - deyə, Putin bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol