• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Medvedev Türkiyəni cinayətkar adlandırdı

Medvedev Türkiyəni cinayətkar adlandırdı
25.11.2015 12:29
Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyənin Suriya ilə sərhəddə Su-24 bombardmançı təyyarəsini vurmasını cinayətkar hərəkət adlandırıb.

Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hökumət başçısı insidentin Moskva ilə NATO arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardığını bildirib.  

O deyib ki, dövlət sərhədlərinin müdafiəsi də daxil olmaqla, heç bir maraq buna haqq qazandırmır.   Baş nazir Türkiyənin "İslam dövləti” (İŞİD) ilə əlaqələrinin olduğunu da iddia edib:

"Rusiyada Türkiyə məmurlarının "İslam dövləti”ndən neft məhsulları almasına dair məlumatlar var”,-deyə o qeyd edib.  

Ötən gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 döyüş təyyarəsinin vurulması Ankara ilə Moskva arasında gərginliyə səbəb olub.

Rusiya tərəfi bəyan edib ki, təyyarə Suriya ərazisində vurulub. Prezident Vladimir Putin isə Türkiyənin bu addımını "arxadan vurulan zərbə” kimi xarakterizə edib və iki ölkə arasında əlaqələrin pisləşəcəyi barədə anons verib.  

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O vurğulayıb ki, Türkiyənin öz sərhədlərini qorumaq hüququ var.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol