Alim Qasımov və Fərqanə Qasımova konsert verəcək
Konsert proqramı dekabrın 23-də keçiriləcək
Azərbaycanın xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova solo-konsert proqramı ilə çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Muğam Mərkəzi yayıb.
Dekabrın 23-də keçiriləcək konsertdə Alim Qasımov qızı Fərqanə ilə birlikdə tamaşaçılara muğam ziyafəti verəcək.
Konsert saat 20.00-da başlanacaq.
www.ann.az