“28 Cinema”da ilin gözlənilən kinokomediyası: - “Oğlan evi: Azərbaycansayağı qarət”
Bakı, 26 noyabr: Azərbaycanın premium kinoteatrı "28 Cinema” komediya ilə kino həvəskarlarını sevindirməyə tələsir. Belə ki, dekabr ayının 3-dən etibarən rejissor İlham Qasımovun "Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişlərinə başlayır.
Baş rolları Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyevin oynayırlar. Filmdə, həmçinin, Abbas Qəhrəmanov, Elshən Hacıbabayev, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar- DJ Fateh və Mətanət Əliverdiyeva rol alıb.
Film haqqında məlumat: Hadisələr paytaxt Bakıda cərəyan edir. Belə ki, işbazlar 3 nəfərə eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından, qəribə bir plana əl atır.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.
"28 Cinema” hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdı!
www.ann.az