• $
  • £

Gənc Tamaşaçılar Teatrında bir aya 40 tamaşa - Fotolar

Gənc Tamaşaçılar Teatrında bir aya 40 tamaşa - Fotolar
27.11.2015 19:40


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci ilin son ayı olan dekabr üçün oynanılacaq  tamaşaları təsdiqlənib. 

Kollektiv dekabr ayında iki yeni tamaşanı təhvil verməklə bərabər, ümumilikdə ay ərzində məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtləif janrlı tamaşalar nümayiş etdirəcək. 

Məktəblilərin qış tətilini də nəzərə alsaq, əminliklə deyə bilərik ki, Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni il münasibətilə nümayiş olunacaq tamaşa və əyləncəli proqramları ilə azyaşlı izləyicilərimizin sevincinə sevinc qatacaq.  

Iki zəhmətkeş gəncin saf və təmənnasız sevgisindən danışan İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı” (04.12.2015, saat 19.00) tamaşası ilə başlayacaq aylıq repertuara insanı nağıllar aləmində hiss etdirən  K.Ağabalayevin "Şahzadə Xəzərin nağılı” (05.12.2015, saat  10.00; 12.00), Bakı kəndlərinin namuslu insanlarının həyatından bəhs edən Elçinin "Buzovna kəndinin əhvalatları” (05.12.2015, saat  19.00), Gözəl və Füsnkarın sevgisindən danışan B.Marvinin "Yatmış gözəl”  (06.12.2015, saat 12.00), şagirdlərinin "Sabah”a olan sevgisi haqqında Ə.Əmirlinin "Mən səni sevirəm – MSS”, Lənkəran xanının vəzirinin başına gələn vaqeələr haqqında  M.F.Axundzadənin "Hekayəti Vəziri xani Lənkəran” (09.12.2015, saat 16.00), Gövhərtac və Fərmanınnakam məhəbbətindən bəhs edən Ə.Haqverdiyevin  "Xortdanın cəhənnəm məktubları”  (11.12.2015, saat 19.00), Ələddin və Qara Cadugər haqqında Ərəb Xalq nağılı "Ələddinin sehrli çırağı” (12.12.2015, saat 12.00), III Riçardın taxt-tac hərisliyindən danışan U.Şekspirin "III Riçard” (12.12.2015, saat 19.00), ögey anası və bacısının Fatmanın başına gətirdiklərindən Azərbaycan Xalq nağılı "Göyçək Fatma” (13.12.2015, saat 12.00), füsnkar Pəridən qisasçı Pəri Caduya çevrilən Ə.Haqverdiyevin "Pəri Cadu”su (13.12.2015, saat 19.00), Dilsuzun "Əlincə qalası” (16.12.2015, saat 16.00), yeni premyera S.Elsevərin "Arzu və Murad” (17.12.2015, saat 19.00),  dinə ikili münasibətin sərgiləndiyi Ə.Əmirlinin "Hasarın o üzü” (18.12.2015, saat 19.00), T.A.Hofmanın "Şelkunçik” (19.12.2015, saat 10.00; 12.00), Romeo və Culyettanın nakam sevgisindən bəhs edən U.Şekspirin "Romeo və Culyetta” (19.12.2015, saat 19.00), dünyanın ən gözəl qu quşundan danışan H.K.Andersenin "Çirkin ördək balası” (20.12.2015, saat 12.00), İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər”indən eyniadlı tamaşaları daxildir.

Yeni il ərəfəsində, dekabr ayının 25-dən 30-dək hər gün saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da isə balaca tamaşaçılarımız gənc yazar Pərvinin "Mauqlinin yeni ili” tamaşasını izləyə biləcəklər. 

Yaşından asılı olmayaraq hər kəsi öz tamaşalarımıza dəvət edirik.
 















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol