• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakıda ISESCO-nun yeni loqosunun təqdimatı - FOTO

Bakıda ISESCO-nun yeni loqosunun təqdimatı  - FOTO
27.11.2015 22:12
Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının yekun iclası keçirilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda ilk olaraq ISESCO-nun yeni loqosunun təqdimatı olub. Loqo ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin, təşkilatın İcraiyyə Şurasının sədri Bubəkir Dokurənin, mədəniyyət və turizm naziri Ə.Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib. Sonra ISESCO-nun yeni elektron saytının, elektron xidmətlər üçün təşkilatın mütəxəssisləri tərəfindən hazırlanan portalın təqdimatları olub. Nəzərə çatdırılıb ki, sayta yeniliklər əlavə edilib.

Daha sonra sədr 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı məlumat verib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib. Bildirilib ki, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. 2017-ci ildə baş tutacaq tədbirlə bağlı ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə təşkilat komitəsi yaradılıb və komitəyə UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir. Oyunlar yüksək səviyyədə təşkil ediləcək və bütün dünyaya İslam dininin qardaşlıq, sülh, mərhəmət dini olduğunu bir daha sübut edəcək. ISESCO-nun baş direktoru Əbdüləziz Osman-Tüveycri, öz növbəsində, IV İslam Həmrəylik Oyunlarına təşkilatın dəstək və töhfəsini verəcəyini bildirdi.

Sonra yekun iclasda bəyanat qəbul edilib. Bəyanatda İslam dövlətlərinin son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlığı yer alıb. Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və üzv ölkələrin nüfuzlu şəxslərinin fikirləri əks olunub.

Yekun iclasda Misir dövlətinin nümayəndəsi ölkəsi adından səmərəli fəaliyyətə görə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, təşkilatın İcraiyyə Şurasının sədri Bubəkir Dokurə, mədəniyyət və turizm naziri Ə.Qarayevə mükafatlar təqdim etdi.

İclasda, həmçinin ISESCO Baş Konfransının XII sessiyasının yekun hesabatı, 3 illik fəaliyyət planı və yekun qətnamə layihələri qəbul olundu. Sonda İSESCO-nun Azərbaycan dövlətinin başçısı İlham Əliyevə ünvanlandığı təşəkkür məktubu oxundu. Məktubda ölkə rəhbərliyinə qonaqpərvərlik və təşkilatın sessiyasının yüksək şəkildə təşkilinə görə minnətdarlıq ifadə edilib.

Beləliklə də ISESCO Baş Konfransının XII sessiyasının yekun iclası sədr Ə.Qarayev tərəfindən bağlı elan edilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Cəmiyyət 16:25
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
Cəmiyyət 16:08
Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol