• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​"Tour d’Azerbaïdjan-2016"nın keçiriləcəyi tarix açıqlandı

​
01.12.2015 17:32
 "Növbəti "Tour d’Azerbaïdjan" velosiped turu gələn ilin 4-8 may aralığında keçiriləcək. Yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2016-cı il üçün təqvim-planına da salınıb".

 Bunu "Report"a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib. 

Federasiya rəsmisinin sözlərinə görə, növbəti yarışda builki ilə müqayisədə marşrut dəyişikliyi ola bilər: "Əvvəlki illərdə Bakı - Sumqayıt, Bakı - İsmayıllı, Qəbələ - Şəki - Qəbələ, Qəbələ - Şamaxı və dairəvi Bakı marşrutu üzrə yarışlar keçirilirdi. Lakin bu il "Bakı 2015" I Avropa Oyunları səbəbindən dördüncü mərhələdə dəyişiklik etdik və idmançılar Qəbələ - Mingəçevir marşrutu ilə yarışdılar. Ola bilsin ki, 2016-cı ildə həmin marşrutda dəyişiklik olunacaq".

S.Ələkbərov bildirib ki, yarışda hər il olduğu kimi, 24-25 ölkədən eyni sayda komandanın iştirakı gözlənilir. Pro kontinental, kontinental və milli komandalar səviyyəsində keçiriləcək 2.1 kateqoriyalı marafonun marşrutuna Ağsu aşırımı da əlavə edilə bilər. Bunun üçün həmin yolların işlək, saz vəziyyətə gətirilməsi lazımdır: "Sonuncu marafondan sonra yarışın komissarları söyləmişdilər ki, bu cür yüksək təşkilatçılıq fonunda çox rahat şəkildə turun kateqoriyasını yüksəldə bilərik. Amma bunun üçün bəzi məsələləri həll etmək lazımdır. Məsələn, yüksək kateqoriya daha çox mərhələ deməkdir. Bunun üçün isə əlavə marşrutlar, rayonlarda 600 nəfərdən çox qonağın qala bilməsi üçün otellər lazımdır. Qəbələdə bu baxımdan problem olmasa da, digər bölgələrimizdəki mövcud imkanlar araşdırılır və düşünürəm ki, yaxın gələcəkdə yarışın kateqoriyasını qaldırmaq haqda düşünə bilərik".
Vitse-prezident həmçinin gələnilki yarışa da velosiped aləmində tanınmış idmançıların və fəxri qonaqların dəvət olunacağını açıqlayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol