YUĞ Teatrında "Bir gecənin nağılı" adlı tamaşa hazırlanır
Teatrda yeni tamaşanın məşqləri gedir
YUĞ Teatrında yeni tamaşanın məşqləri başlayıb.
"Report" xəbər verir ki, teatrda Rövşən Ağayevin "Bir gecənin nağılı" əsəri əsasında yeni tamaşa hazırlanır.
Tamaşanın rejissoru Amid Qasımovdur.
Rolları Amid Qasımov, Könül Cəfərzadə canlandıracaq.
Tamaşanın səhnə tərtibatı rəssam Rəşid Şerifə aiddir.
www.ann.az