• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlər yaradılacaq

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlər yaradılacaq
04.12.2015 09:24
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün yeni qaydalar hazırlanacaq.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, xüsusi təhsil sahəsində köklü islahatların aparılması nəzərdə tutulub. Xüsusi təhsil sahəsində yeni metodikaların tətbiqi və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması planlaşdırılır. Ümumilikdə nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

Nazirlikdən deyilib ki, əlilliyi olan uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramlarının qəbul edilməsi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Tədbirlər Planında öz əksini tapıb. Bu məqsədlə "2016-2023-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 62 860 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558-i xüsusi məktəblərdə, 2725-i xüsusi internat məktəblərində, 260 nəfəri isə ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Cəmiyyət 23:30
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Cəmiyyət 18:19
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Patriarx Kirill Azərbaycana gəlib
Cəmiyyət 18:02
Patriarx Kirill Azərbaycana gəlib
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol