• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Real"ı kubokdan kənarlaşdırsalar..." – Perez

04.12.2015 16:54
"Real" (Madrid) klubunun prezidenti Florentino Perez komandasının İspaniya kubokundan kənarlaşdırılma təhlükəsindən danışıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Perez kubokdan kənarlaşdırılacağı təqdirdə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəklərini bildirib:

"Denis Çerışevin cəzalı duruma düşməsi ilə bağlı nə İspaniya Futbol Federasiyasından, nə də "Vilyareal" klubundan bizə bildiriş gəlməyib. Onun "Kadiz"lə matçda oynamaq hüququnun olmadığını bilmirdik. Belə görünür, bizi kubok yarışından kənarlaşdırmaq istəyirlər. Əgər bu baş verərsə, biz Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyik".

Qeyd edək ki, ötən mövsüm "Vilyareal"da icarə əsasında oynayan Çerışev "Real Sosyedad", "Hetafe" və "Barselona" ilə görüşlərdə sarı vərəqə ilə cəzalandırılıb. Ardıcıl üç matçda sarı vərəqə almaqla cəzalı duruma düşən rusiyalı futbolçu İspaniya kubokunun 1/16 final mərhələsinin "Kadiz"lə ilk oyununu buraxmalı idi. Lakin start heyətində meydana çıxan 24 yaşlı futbolçu 3-cü dəqiqədə qol da vurub. Oyun isə "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İspaniya Futbol Federasiyasının bu qayda pozuntusuna görə "Real"ı kubokdan kənarlaşdıracağı gözlənilir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol