Mən xalqımın sevgisini və istiliyini hiss edirəm – MÜSAHİBƏ
Deyirlər ki, şanson ruhuyla dinləyənlər üçündür. Doğurdan da, Eyyub Yaqubovun mahnıları ruhun qidasıdır. O, doğma Bakı, Abşeron, dəniz külək barədə oxuyur... Onu mahnılarından vətənə və sevimli xalqımıza olan sevgi duyulur. Bu insanda müstəsna istedad var, o özünü uğurlu insan sayır, ancaq yenə də mükəmməliyə can atır. Musiqinin onun həyatındakı rolu çox böyükdür, bu həm istirahət, həm iş, həm də həyat tərzidir. Eyyub qoyduğu məqsədlərə doğru irəliləyənlərdəndi, çünki xalqın sevgisini doğrultmağın vacin olduğunu deyir. Üstəlik, o bir müddət baba adını da daşımağa başlayıb!
- Bir müddət əvvəl balaca Tahirin babası oldunuz. Özünüzü yeni rolda necə hiss edirsiz?
- Gözəl! Bu böyük xoşbəxtlikdir! Görünür bu taledir! Oğlum Zakir çox erkən vuruldu və tezliklə də evləndi. Cəmi 22 yaşında oğlum ata, mənsə erkən yaşda baba oldum. İndi oğlum və gəlinim Fransada təhsil alırlar. Baba olmaq gözəldir, ancaq hələ də buna inana bilmirəm. Məndən yaşca böyük olan dostlarım belə hələ baba olmayıblar və zarafatla deyirlər ki, mən kollektivdə ən cavan baba olmaqla rekord qırmışam. Baba olsam da, mən hələ özümü gənc hiss edirəm.
- Siz təcrübəli şansonyelərdən sayılırsız, bütün bunlar necə başladı?
- Hər şey mənim 3 saylı məktəbdə oxuduğum dövrdən başladı. Sonra mən Asəf Zeynallı adına musiqi kollecinin fortepiano sinfinə qəbul oldum. O zaman mən heç vaxt güman etməzdim ki, gələcəkdə müğənni olacam. Ancaq tale belə gətirdi. Uşaq vaxtdan oxuyurdun, əsasən dostların çevrəsində. İlk dəfə ifaçı kimi səhnəyə 1996-cı ildə Bilgəhin sahilindəki "Amburan” restoranında çıxdım. Hamının xoşuna gəlmişdi, çünki mən həm çalır, hən oxuyurdum, çıxışlarım mini-konsert effekti verirdi. İlk dəfə onda mən fərq etdilər, çıxışlarımı kasetə yazıb, necə deyərlər, xalq arasına buraxdılar. Mənə şöhrət onda gəldi. İnsanlar məni sevdilər, mən onlara doğma şəhərin nostalgiyasını yaşadırdım. İş orasındaydı ki, Sovetlərin dağılmasından sonra Bakı çox dəyişmişdi və insanlar köhnə şəhər üçün darıxırdılar. Mahnılarımla mən o dövrün Bakısının atmosferini yaradırdım!
- Bəs bu gün, bu qədər il keçəndən sonra köhnə şəhər üçün darıxırsınızmı?
- Mən o insanlar sırasına daxiləm ki, reallığı necə varsa, elə də qəbul edirəm. Ona görə Bakını da necə varsa, elə qəbul edirəm. Təbiətən mən optimistəm və işıqlı gələcəyə ümid edirəm! Nə olubsa olub, həyatda irəli getmək lazımdır!
- Deyirlər ki, kişi fəlsəfəsi bəzən məhz şansonda əks olunur. Siz bu fikirlə razısınızmı?
- Tamamilə razıyam. Çünki şanson kişi düşüncələrində əks olunur və hansısa hadisə barədə fikir yaradır. Sovet dövründə və ondan sonra isə Bakıda çox hadisələr olub. Təsadüfi deyil ki, Bakını və Odessanı ən internasional şəhərlər hesab edirdilər.
- Repertuarınızda ən sevdiyiniz mahnı hansıdır?
- Bilmirəm ki... (fikrə dalır)... Hər bir mahnım hansısa hadisəyə həsr olunmuş hekayədir. Ən mənalı mahnılarımdan biri "Qarabala”dır. Qarabalı bakılı tipidir, o Sovet İttifaqının çökməsini görüb və hər şeyi yenidən başlamaq məcburiyyətində qalıb. O vaxtlar bu mahnını sevənlər çox idi, indiyə qədər populyarlığı səngiməyib. Mənim sevimli mahnılarım "Yenə o bağ olaydı”, "Küləklər”dir. Bu mahnılar azərbaycanlı şair Mikayıl Müşfiqin şeirləri əsasında yazılıb. Repertuarımdakı "Bakı haqqında nağıl” kompazisiyanı da çox sevirəm. Demək olar ki, mənim parlaq mahnılarımın hamısı bəstəkar Elçin İmanov yazıb. O, dünya şanson janrına böyük töhvə verib və Bakının şəhər folklorunu inkişaf etdirib.
- Mikayıl Müşfiqin yaradıcılığını sevirsinizmi?
- Çox sevirəm və daim oxuyuram. Ümumiyyətlə, həm Şərq, Həm də Avropa ədəbiyyatını oxumağı sevirəm. Musiqi də olduğu kimi, ədəbiyyatda da fərqliliyi sevirəm. Ətrafımdakıların əksəriyyəti yaradıcı insanlardı, tez-tez bir növ yaradıcılıq gecələri keçiririk, burada müxtəlif şair və yazıçıların əsərlərini analiz edirik, musiqiyə qulaq asır və sadəcə ünsiyyətimizdən zövq alırıq.
- Çoxdandır ki, solo konsert vermirsiz, pərəstişkarınızı yaxında sevindirməyə hazırlaşmırsız ki?
- Məndə çoxdandır ki, konsert, hətta müzikl vermək fikri yaranıb. Mənim mahnılarım məhz belə yanaşmanı tələb edir. Hamıya məlumdur ki, repertuarım həm lirik, həm də satirik mahnılardan ibarətdir. Ona görə istərdim göstərəm ki,mahnılarım bir-biriylə bağlıdır, axı onlar həyatdan götürülüb. Həyatda isə hər şey ziddiyətlidir! Uzun illərdir ki, bu müziklə hazırlaşıram, ona görə də solo konsertlə çıxış etmirdim.
- Kimlərsə üçün şanson "zek”lərin mahnısıdır, kimlərsə üçün "oğru” musiqisidir, kimlərsə üçünsə şəhər romansıdır. Ümumiyyətlə, Fransız dilindən tərcümədə isə xalq musiqisidir. Bəs sizinçün şanson nədir?
- Mənimçün şanson həyat və səmimiyyətlə dolu "şəhər folkloru”dur. Digər tərəfdənsə şanson kişi xarakterini və dünyagörüşünü əks etdirir.
- Hardan ilham alırsız?
- Bütün özünəməxsus şəhərlərin, həmçinin Bakının böyük kaloriti var. Xalqımızın adət-ənənəsi daxil olmaqla şəhərimlə bağlı hər şey məni ilhamlandırır. Gəzməyə çıxanda köhnə Bakıda baş verən hadisə və əhvalatlardan danışan ağsaqqallarla rastlaşırsan. Bu söhbətləri eşidəndə dərhal sənə ilham gəlir və yeni qüvvəylə nəsə yaratmaq istəyirsən.
- Bəs sizinçün şansonun kralları kimdir?
- Oo, o qədər adam var, mən onları kral hesab edirəm. Birincisi bizim möhtəşəm müğənnimiz Mirzə Babayevdir, Ruslarda isə Mixail Kruqu, Vısotskini, Lyubov Uspenskayanı, Aleksandr Rozenbaumu və Mixail Şafutinskinin adlarını çəkə bilərəm
- Duet oxumaq barədə heç vaxt düşnüməmisiz?
- Yeri gəlmişkən, mən bu barədə çox düşünmüşəm, ancaq reallışdırmaq qismət olmayıb. Məsələn, bu gün Zülfiyyət Xanbabayeva, Briliant Dadaşova kimi möhtəşəm müğənnilərlə duet oxumaq istərdim. Həmçinin Elmira Rəhimovayla da duet oxumaq istəyərdim, təəssüf ki, nədənsə o, kölgədə qalıb.
- Bu gün nə üzərində çalışırsız?
- İndilərdə bəstəkar Elçin İmanovla "Sovetski” adlı yeni mahnı üzərində işləyirik. Bu mahnı "Sovetski”nin atmosferindən, çox maraqlı macəraların baş verdiyi məkandan bəhs edəcək. Elçin İmanov mənə mahnını göstərən kimi, dərhal xoşuma gəldi. Bu gün təəssüf ki, Sovetski sökülür, ona görə biz çalışırıq işi vaxtında yekunlaşdırıb klip çəkdirək. Mən bu qəbildən olan mahnılarımın heç birinə klip çəkdirməmişəm, ona görə də bu mahnı ilk olacaq.
- Bir çoxları ömrü boyunca ailəylə iş arasında qalırlar. Sizdə belə bir şey yaşandımı, yoxsa əvvəlcədən sizin bu barədə öz prinsipləriniz vardı?
- Məncə, mən əvvəlcədən ailəni ən başda nəzərdə tutmuşdum. Xoşbəxtlikdən uşaqlıqdan yaxşı tərbiyə almışam və inteligent ailədə böyümüşəm. Valideynlərim həkim idilər, həm də kitablara çox bağlıydılar. Atam hətta tarda ifa edirdi. Evimizdə buna görə tez-tez bayramlar təşkil olunurdu. Bütün bunlar mənim gələcəyimə təsir göstərdi. Mənim həyatımda ailə və iş bir-birinə bağlıdır. Mənim üçün əsas ideya budur ki, həyatda hər şey sevgiyə əsaslanmalıdır. Mən hətta deyə bilərəm ki, ailəsiz məndə sənət alınmazdı!
- 10 il sonra özünüzü necə təsəvvür edirsiniz?
- Mən heç bu barədə düşünməmişəm! Ancaq mənə elə gəlir, hələ həyatda o qədər də böyük işlər görməmişəm, yaradıcılıqda daha zirvələrə qalxmaq istərdim. Bilirəm ki, xalq məndən bunu gözləyir. Hər kəsə Bakımızın necə gözəl şəhər olduğunu göstərmək istəyirəm, bu möhtəşəm şəhər özündə mərhəməti, müqəddəsliyi və istliyi qoruyur. Bu şəhər nə vaxtsa olan istənilən kəs özüylə xoş xatirələr aparıb. Məsələn, şair Sergey Yesenin şeirlərində dəfələrlə Bakı haqqında yazıb. Təəssüf ki, Bakıda olan enerjini çox az adam duya bilir. Ona görə də yaradıcılığımda sevimli Bakının mənasını çatdırmaq istəyirəm. Növbəti 10 ildə mən sevimli şəhərimdən bəhs edən mahnılar yazmaq istəyirəm.
- Eyyub müəllim, həyatınızda elə şeylər olubmu ki, siz buna görə hələ də peşmansız?
- Bəli, əlbəttə ki, indinin özündə də peşman olduğum şeylər var (gülür). Mən xalq və özüm qarşısında fortepianonu atdığıma görə xəcalət çəkirəm. Axı mən fortepioanoda çox yaxşı ifa edirdim, çox böyük nailiyyətlər qazana bilərdim, ancaq təəssüf ki, özümü ancaq oxumağa həsr etdim. Ancaq ola bilsin, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin davamçısı ola bilərdim. Mən bu sahəyə öz töhvəmi verə bilərdim, ancaq heyhat, indi hər şey üçün gecdir...
- Bugünki gəncliyin niyə şansona marağı yoxdur?
- Çünki çox az adam şəhərin ruhunu hiss edə bilir. Bugünkü gənclik isə o vaxt Bakıda olan atmosferi ümumiyyətlə görməyib. Mənim xoşbəxtliyim odur ki, uşaqlığım bu ab-havada keçib, ona görə də bunu mahnılarım vasitəsilə ötürə bilirəm. Bugün bakılılar məhəllələrə yığışmırlar, elə bil hamı kölgəyə çəkilib. İnternet gəncliyin bütün marağını zəbt edib. Təbii ki, dünya mədəniyyətiylə maraqlanmaq olar, ancaq öz xalqını, onun adət-ənənəsini unutmaq olmaz. Yəqin buna görə gəncliyimiz şanson oxumur, çünki onu ümumiyyətlə başa düşmür.
- Siz özünüzü uğurlu insan sayırsınızmı, yoxsa "mükəmməliyin sərhədi” yoxdur şüarına inanırsız?
- Uğurlu yox, amma özümü xoşbəxt sanıram! Mən öz xalqımın sevgisini və istiliyini hiss edirəm. Ancaq nə etsən də, mükəmməliyin sərhədi yoxdur. Tanrıya minnətdaram ki, mən belə populyarlıq bəxş edib. İnsanlar məni sevir və hörmət edirlər, mən də hər zaman çalışıram buna layiq olum. Axı həyatda layiqli yaşamaq lazımdır. Ümid edirəm ki, Allahın köməkliyilə hələ çox işlər görə və dinləyicilərimə bəxş edə biləcəm.
- Ailəniz tez-tezmi mahnılarınızı dinləyir?
- Bəli! Xanımım mənim yaradıclığımı bəyənir və sevir, hər zaman mənə ilham verir. Oğlum bizimkindən çox, xarixi musiqiylə maraqlanır. Yəqin ki, o da müasir gəncliyi təmsil edir. İndi o Fransada rejissorluq üzrə təhsil alır və ümumiyyətlə olduqca istedadlı oğlandır. Artıq indidən müxtəlif mövzularda maraqlı ssenarilər və hekayələr yazır. Ola bilsin, o bizim mahnıları dinləyir və bəyənir, ancaq bunu göstərmir, onun çox qapalı təbiəti var (gülür). İndi onu fortepiano üzrə sinifə qoymadağıma görə təəssüflənirəm. Məhz bu sinif üzrə təhsil insanda müxtəlif musiqi janrlarına sevgi yaradır, dünyagörüşü artırır və mövcud reallığa başa düşməyə kömək edir. Buna görə də, indi mənə elə gəlir o, potensialından tam istifadə edə bilmir.
- Sizin eşitmək istədiyiniz, amma mənim vermədiyim sual qaldımı?
- Yox, siz bütün sualları verdiz!
www.ann.az