• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Mehriban Əliyeva və Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda - Fotolar

Mehriban Əliyeva və Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda - Fotolar
05.12.2015 09:44
Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) keçirilir.
 
"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransda iştirak ediblər. Birinci xanım Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşıladı. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi "Az karbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxış edib. Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilməsi, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunub. Tədbirə xüsusi qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb və təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danışıb. Leyla Əliyeva çıxışında bəşəriyyətin qarşılaşdığı aktual ekoloji problemlərə toxunub və onların həlli yolları barədə təkliflərini bildirib.
 
Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün şərait yaratmaqdan ibarətdir. Bu hədəfə çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir. Çıxışda, həmçinin ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığı xüsusi vurğulanıb. Bu səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti vacibdir. Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə ətraflı məlumat verib. Bu xüsusda, ölkəmizdə təbiətin və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb. Çıxış zamanı IDEA İctimai Birliyinin fəaliyyəti, o cümlədən ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edilib.
 
Çıxış tədbir iştirakçılarının geniş marağına səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.
 









www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
İlham Əliyev Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak etdi - Fotolar
Siyasət 23:52
İlham Əliyev Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak etdi - Fotolar
Medvedev Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Siyasət 21:16
Medvedev Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
İlham Əliyev İndoneziya səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Siyasət 19:20
İlham Əliyev İndoneziya səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
İlham Əliyev  Polşanın prezidenti və Almaniya XİN başçısı ilə görüşdü - FOTOLAR
Siyasət 18:22
İlham Əliyev Polşanın prezidenti və Almaniya XİN başçısı ilə görüşdü - FOTOLAR
Prezident yeni səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR
Siyasət 15:24
Prezident yeni səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR
Mehriban Əliyeva fransalı deputatla görüşüb – FOTOLAR
Siyasət 20:42
Mehriban Əliyeva fransalı deputatla görüşüb – FOTOLAR
Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub – FOTOLAR
Siyasət 11:27
Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub – FOTOLAR
Türklər üçün cəhənnəmə çevrilən Azərbaycan torpağı – ŞOK FAKTLAR
Siyasət 18:39
Türklər üçün cəhənnəmə çevrilən Azərbaycan torpağı – ŞOK FAKTLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol