FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı

Şahmat üzrə Beynəlxalq Federasiyanın (FİDE) prezidenti Kirsan İlümjanov vəzifəsindən uzaqlaşdırılıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda FİDE açıqlama yayıb.
Qurumun İdarə Heyətinin qərarı ilə FİDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.
Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən və terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlümjanov da sanksiyaya məruz qalan şəxslər arasındadır.
Sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 