• $
  • £

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına təşəkkür edilir - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına təşəkkür edilir - Fotolar
08.12.2015 10:07
Artıq bir ilə yaxındır ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının paytaxtda nümayiş etdirilməsi məqsədilə "Bölgələrdən paytaxta” adlı mədəni tədbirlər həyata keçirilir.
 
 
Sözügedən layihə çərçivəsində bir neçə şəhər və rayona, eləcə də Zaqatala rayonuna həsr olunmuş mədəni tədbirlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Yaxın günlərdə layihə çərçivəsində sayca doqquzuncu olan Zaqatala rayonuna həsr olunmuş tədbirlə əlaqədar teatrımıza təşəkkür məktubu ünvanlanıb.
 
 
Zaqatala rayon  Mədəniyyət və Turizm şöbəsindən daxil olan məktuba əsasən teatrın rəhbərliyinə, şəxsən teatrın direktoru Mübariz Həmidova, eləcə də tədbirin yüksək səviyyədə həyata keçirilməsində əməyi keçən teatrın bütün əməkdaşlarına rayonun mədəniyyət işçiləri adından təşəkkür edilib.
 
 
Məlumat üçün bildirək ki, Zaqatala rayonuna həsr olunmuş tədbirdə teatrın foyesində Zaqatalada istehsal olunan məhsullar, həmçinin xalça və əl işləri, ağac üzərində oyma işləri, yerli rəssamların əsərləri, eyni zamanda, rayonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən sərgi və Zaqatalada fəaliyyət göstərən bədii kollektivlərin iştirakı ilə maraqlı bədii proqram nümayiş etdirilib.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol