• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Rəşad Sadiqov: "Bu xəbər özümə də pis təsir etdi"

Rəşad Sadiqov:
29.05.2020 02:21
Qəbələnin futbolçusu müqavilə müddətinin qışda başa çatacağı ilə bağlı xəbərləri təkzib edib

"İlk qolu biz vursaydıq, tam başqa futbol ola bilərdi. Çünki "Borussiya" ilə oyunda da belə bir epizod oldu. Həmin oyunda ilk təhlükəli epizodları biz yaratdıq, amma bəxtimiz gətirmədi". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ı ilə oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib.

Komandasının hücumlarından sonra rəqibin ayıldığını və "qırmızı-qaralar"da yorğunluğun hiss olunduğunu bildirən yarımmüdafiəçi yaxşı çıxış etmək üçün təcrübələrinin çatmadığını söyləyib: "Oyunda ilk təhlükəli epizodları biz yaratdıq, amma alınmadı. Nəticədə belə oldu. Ondan sonra komanda ayıldı və qələbə qazandılar. İlk dəfədir ki, qrup mərhələsində çıxış edirik. Üstəlik, komandada bir az yorğunluq da vardı. İki-üç gündən bir oyun keçiririk".

32 yaşlı futbolçu geridə qalan oyunlara baxanda peşman olduqlarını deyib: "Krasnodarda daha yaxşı oynamışdıq. Hakim iki qolumuzu saymadı və bir dəfə də top tirə tuş gəldi. Çalışacağıq ki, Avropa Liqasında davamlı çıxış edək. Qrupa düşüb sonra kənarda qalmaq bir az pis görünür. Rəhbərliyin yaratdığı belə şəraitlə davamlı qrupda oynamalıyıq. Hər il olmasa da, ən azı iki mövsümdə bir dəfə komanda qrupa düşməlidir. Qrup mərhələsi çox yaxşı təcrübə oldu. Yaxşı nəticə qazana bilməsək də, mənə elə gəlir ki, yaxşı təcrübə topladıq. Bu da komandaya gələcək oyunlarda daha yaxşı çıxış etməkdə kömək olacaq".

R.Sadiqov komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Özüm də bu barədə mətbuatdan oxumuşam və bir az təəccübləndim. Rəhbərliklə də danışdım, mənim müqaviləm yaya qədərdir. Özümə də pis təsir etdi. Şoka düşdüm ki, müqaviləm əlimdə ola-ola yazırlar ki, müqavilə müddəti qurtardı. Yayda isə məşqçilər, rəhbərlik necə lazım biləcəksə, o da olacaq".
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol