• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Avropa Birliyi vahid polis orqanı yaradır

Avropa Birliyi vahid polis orqanı yaradır
12.12.2015 11:55
Avropaya qaçqın və miqrant axınının öhdəsindən gəlmək məqsədilə Avropa Komissiyası yeni vahid sərhəd və sahil mühafizə polisi orqanı yaratmağ təşəbbüsü irəli sürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Birliyinin miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos bəyanatla çıxış edib. Rəsminin sözlərinə görə, üzv dövlətlərin səlahiyyətli orqanları miqrant axınını nəzarətdə saxlamaq üçün əlindən gələni etsə də, onlar buna hazır olmayıb və daha genişmiqyaslı ölçülərə ehtiyac var.

Avropalı komissar yaradılması planlaşdırılan yeni orqanın yerinə yetirəcəyi missiya ilə bağlı da qısa məlumat verib.

"Bəs, bu Avropa polisinin vəzifəsi nədən ibarət olacaq? Onlar Avropa sərhədlərini mühafizə edəcək və qoruyacaq, qaçqınlara və miqrantlara lazımı dəstək göstərəcək, onların mandatına eyni zamanda axtarış-xilasetmə əməliyyatları keçirmək səlahiyyəti daxil olacaq. Ancaq onlar əsasən qaynar nöqtələr səfərbər olunacaq və giriş nöqtələrində vəziyyəti nəzarətdə saxlamağa çalışacaq.

Miqrantlardan barmaq izləri götürəcək, qeydiyyat aparacaq, şəxsiyyətləri müəyyən edəcək, belə deyək, Avropa Birliyinin qanun və qaydalarına məhəl qoymayan heç kimi Avropa birliyi hüdudlarına buraxmayacaq”, Avropa Birliyinin miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.

Avromupulos bu barədə bilgiləri Romada Aralıq dənizi regionunda Dialoq adlı konfransın xüsusi sessiyasında çıxışı zamanı bölüşüb. Avropa sərhəd və sahil mühafizə polisinin nə vaxt təsis olunacağı barədə konkret tarix hələ ki, məlum deyil.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol