Sevinc Elsevərin pyesi əsasında tamaşa olacaq
Sevinc Elsevərin "Ürəyində arzu tut" adlı pyesi əsasında Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş tamaşanın premyerası olacaq. Rejissoru Gülnar Hacıyevadır.
Pyes Xocalı faciəsi mövzusundadır. 17 dekabrda axşam saat 21.00-da baş tutacaq tamaşanın adı "Arzu və Murad"dır.
Pyes Maşfiq Xanın layihəsilə "Hədəf" nəşrlər evinin təşkil etdiyi "Anamın kitabı" pyes müsabiqəsinin qalibi olmuşdu.
www.ann.az