Rəşid Behbudovun heykəlinin qoyulacağı məkan məlum oldu
Abidənin Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında qoyulması planlaşdırılır
"Gələn il Bakıda xalq artisti Rəşid Behbudovun heykəli qoyulacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.
O bildirib ki, artıq memar Fuad Salayevə heykəlin hazırlanması ilə bağlı tapşırıq verilib: "Heykəl üzərində artıq iş başlayıb. Gələn ilin aprel ayında heykəlin hazır olacağı gözlənilir".
Nazir müavininin sözlərinə görə, heykəlin Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında qoyulması planlaşdırılır: "Amma bu tam dəqiq deyil. Heykəlin ucaldılması üçün seçilən məkanın dəyişilməsi də mümkündür".
www.ann.az