• $
  • £

Restoran tənqidi: Restoran “Çinar” – Rekviyem

Restoran tənqidi: Restoran “Çinar” – Rekviyem
17.12.2015 13:37
Elcan Bədəlov

Təxminən bir ay əvvəl oxucular mənim "Çinar” restoranındakı yeməklər və xidmət barədəki yazımı oxumuşdular. (http://ann.az/az/restoran-tenqidi-inar-restoranindaki-xeyal-qiriqlii/#.VnJyYbaLTDc)

Xatırladığınız kimi həmin dövrdə vəziyyət heç də ürəkaçan deyildi – restoranın işinə təcili müdaxilə edilməliydi. 

Əvvəlcə, restoranın reputasiyasına görə, mən korlanmış gecəyə görə ən azından üzrxahlıq gözləyirdim. Ancaq təəssüf ki, bu baş vermədi.

Restoranın təmsilçiləri məqaləylə tanış oldular, vəssalam. Heç bir reaksiya, günahsız olduqlarını sübut etmək cəhdi, xoşagəlməz situasiyanı aradan qaldırmaq istəyi baş vermədi. İnciyiblər yəqin...

Əsl azərbaycanca ifadədə deyildiyi kimi – "danışır, qoy nə qədər istəyir danışsın”.

Məqalənin yazılmasında məqsəd başqa – restorana problemləri göstərmək və onları aradan qaldırmaq üçün imkan yaratmaq idi. 

Özünə hörmət edən müəssisənin restoran tənqidçisiylə dialoqu məhz belə olur. 

"Çinar”dakı sonuncu məyusluqdan sonra, mən özümə ən azı iki ay bura baş çəkməyəcəyim barədə söz vermişdim, ancaq bir çox səbəblərdən dolayı tez-tez planlarımızı və istəklərimizi dəyişməli oluruq. 

Mənimçün anlaşılmaz olan səbəblərdən dolayı, keçən məqalədə xatırlatdığım dostlarım "Çinar”da nahar eləməyə qərar verdilər. Yığışan kişi məclisi son xəbərləri müzakirə etdikdən sonra, sifarişə keçdi. 

Dostlar iki ədəd "Hot and sour with bamboo shoots and chicken” supu, həmçinin "Prawn popcorn”, "creamy mango sauce”, "Thai beef salad”, "Chicken coriander fried rice” sifariş verdilər. 

Mən isə artıq ümumiyyətlə eksperiment etmək havasında olmadığından təkcə jasmin çayıyla kifayətləndim. Və sonradan bəlli oldu ki, mənim verdiyim qərar yeganə düzgün qərar olub. 

İlk baxışdan dostlarımın supu məmnuniyyətlə yediyini görəndə, məndə dərhal belə bir təəssürat yarandı ki, restorandakı problemlər həll olunub. 

Ancaq sonradan gətirilən salat məndə tarazlıq yaratdı və xoşagəlməz reallığı geri qaytardı. Hətta o dərəcədə ki, mən yeməyi test etmək üçün taxta çubuqlar gətirilməsini xahiş etdim. 

Dərhal qeyd edim ki, salat pomidordan, xiyardan, göy soğandan, qovrulmuş (məhz qovurulmuş, bişirilmiş deyil) qovyadina parçalarından və tərkibində layma soku olan balıq soyası souzundan, təmiz tay çili istiotundan, şəkərdən, sarımsaqdan və kinzadan ibarətdir. Əgər düzgün hazırlansa, möhtəşəm dad harmoniyasıdır. 

Bizə isə içində dadsız qovyadina, pis qoxulu pomidor və turşəng tamlı nəsə mənasız bir şey olan sıyıq verdilər.    

Bu an mən daha təfərrüatlı olmaq istərdim. Pomidor iki səbəbdən iylənə bilər: o ya köhnədir, ya da əvvəlcədən doğranıb. Heç kimə sirr deyil ki, kəsilmiş pomidorun soku dərhal çıxır, məhz buna görə, yüksək səviyyəli restoranlarda pomidor salat təqdim edilməzdən az öncə doğranır. Bilmirəm "Çinar”da problem nədir, ancaq salatdakı pomidorlar iylənmişdi. 

"Çinarın möcüzəvi aşpazları”na xatırlatmaq istərdim: pomidorlar faydalı olduqları kimi, təhlükəli də ola bilərlər, zəhərlənmə baş verə bilər. 

Xahişimdən sonra, dostlar salatı yeməyi saxladılar. Ancaq onu geri qaytarmağa razı olmadılar, ehtiyat etdilər ki, bu mənim növbəti höcətim kimi qəbul olunar. Daimi "eyibdi” şüarıyla azərbaycanlı qəlbinin əsl mahiyyəti. Maraqlıdır, bəs niyə restoran rəhbərliyinə qabağımıza gətirdiklərinə görə eyib deyil? 

Masaya gətirilən krevetkalar da yaranan ümumi əhval ruhiyyəni dəyişmədi, çünki bu restoranın daimi müştəriləri olduğumuzdan bu yeməyin əsl dadını bilirik. Çox güman keçən dəfə olduğu kimi bu gün də aşpazın günü deyildi. 

Düyüdəki toyuq əvvəlki sələflərindən həm görünüş, həm də dad baxımından kardinal şəkildə fərqlənirdi. Həm də bütün qanunlara uyğun hazırlanan yemək son hadisələr fonunda solmuşdu. Qəfildən dostlarımdan biri büzüşdü. Bəlli oldu ki, onda bağırsaq spazmı və ürək bulanma baş verir. Ondan sonra ishal baş verdi, qusma isə sadəcə zaman məsələsiydi. İylənmiş pomidorun axırı bax belə olur. 

Hesabı ödəyərək, bərbad əhval-ruhiyyə ilə biz məkanı tərk etdik və aptekə yollandıq. Qeyd edim ki, bütün lazımi preparatları qəbul etdikdən sonra, o yalnız gecə özünə gələ bildi. 

Yəqin, nəsə əlavə etməyə ehtiyac yoxdu, ancaq edəcəm. 

Restoranda olduğumuz müddətcə baş-aşpaz ona həvalə olunan mətbəxə nəzarət edib, idarə etməkdənsə, yüksək əhval-ruhiyyədə məkanda boş-bekar gəzirdi. Buna nə deyəsən? Başqa bir ölkədə sağlam müştərinin sağlamlığına ziyan vurduğuna görə, səhər restoranla birlikdə məhkəməyə verilsəydi, onun sifətinin ifadəsini görmək istəyərdim. 

Çox təəssüf ki, keçən məqalədə restoranın administrasiyasına ünvanlan bütün sözlər bir qulaqdan keçib, digərindən çıxıb.  Ola bilsin, bizim "Check in” etmək və şəkil çəkmək istəyən təcrübəsiz müştərilərə görə, restoran hələ bir müddət də başını girləyəcək. 

Ancaq "Çinar” gəlir götürməyi dayandırandan sonra, sahibkar son dövrlərdə baş verənlərə görə, ciddi sorğu-sual ediləcək. 

Şəxsən mənim və çoxsaylı dost-tanışlarımın fikrincə sonluq aydındır – restoran uçuruma yuvarlanır. Sizə təkcə pis xidmət göstərmirlər, həm də istənilən an zəhərləyə bilərlər. 

Və üstəlik də sizin pulunuzla. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol