• $
  • £

Heydər Əliyev Mərkəzində böyük britaniyalı heykəltəraşın sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində böyük britaniyalı heykəltəraşın sərgisi açılacaq
17.12.2015 20:19
Sərgi gələn ilin iyulun 15-ə kimi davam edəcək

 Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın tanınmış heykəltəraşı Riçard Dikonun "Digər tərəfdən" (On the Other Side) adlı fərdi sərgisi açılacaq. Mərkəzdən "Report"a verilən xəbərə görə, dekabrın 18-də açılacaq ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq.
Sərgidə ağac, metal və keramikadan hazırlanan həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim ediləcək.

R.Dikon həmişə israrla bildirib ki, özünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.
Qeyd edək ki, sərgi gələn ilin iyulun 15-ə kimi davam edəcək.

Xatırladaq ki, Riçard Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu "Törner" mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan R.Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol