• $ 1.7
  • € 1.9284
  • ₽ 2.0347
  • ₺ 0.0446
  • £ 2.2546

Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT

Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
29.05.2020 01:11
"Vəziyyət tək lisenziyaların ləğv edilməsi ilə məhdudlaşsa, bunun iqtisadiyyata heç bir təsiri olmayacaq” – bunu iqtisadçı ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında deyib.

ANN.Az  xəbər verir ki, bu gün prezident İlham Əliyevin imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, ölkədə fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği aşağı endirilib. Bəzi sahələrdə isə (misal üçün, tütün məmulatlarının və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün) lisenziyalar verilməsi ümumiyyətlə ləğv edilib.

Lisenziyaların ləğv edilməsinin iqtisadiyyata təsiri necə olacaq? Lisenziyaların ləğv edilməsinin dekabrın 21-də baş verən devalvasiya ilə əlaqəsi varmı? Bu proses iş adamlarına necə təsir göstərəcək?

İqtisadçı ekspert Natiq Cəfərli lisenziyların ləğv edilməsini ANN.Az-a belə şərh edib:

"Lisenziyaların azaldılması və ya ləğv edilməsi ilə bağlı təkliflər çoxdan irəli sürülmüşdü. Lisenziyaların ləğv edilməsi pozitiv addım olsa da, bununla yanaşı digər tədbirlər də görülməlidir ki, təsirli olsun. Bu ləğv edilmə qısa müddətli müəyyən məsələlərə təsir edə bilər. Bunun bir ardıcıllığı olmalıdır,  məsələn vergidə, gömrükdə paralel addımlar atılmalıdır. Vəziyyət tək lisenziyaların ləğv edilməsi ilə məhdudlaşsa, bunun iqtisadiyyata, biznes mühitinə təsiri olmayacaq”. 

Natiq Cəfərli lisenziyaların ləğv edilməsinin iş adamlarına müsbət təsir edəcəyini xüsusi vurğulayıb: "Birinci üstünlük odur ki, iş adamlarının bəzi xərcləri azalacaq, ya da tamamilə ləğv olunacaq. Digər üstünlük isə onların obyektlərinin yoxlamağa gələn dövlət və hökumət qurumlarının işinə son qoyulmasıdır. Çünki bəzən lisenziyanı bəhanə edən müxtəlif təşkilatlar biznesin işinə müdaxilə edirdilər. Bu sadalanan hallara görə yaxşı addımdır. Ancaq ciddi effektə nail olmaq üçün digər addımlar mütləq atılmalıdır. Ümumiyyətlə, hökumətin anti-böhran planı olmalıdır, bu planın tərkib hissəsi kimi addımlar ard–arda atılmalıdır. Amma görünən odur ki, düzən yoxdur. Yəni plan yoxdur ki, ona baxıb addımlar atılsın. Çox təəssüf ki, bu halları görmürük”. 

Ekspert sonda lisenziyaların ləğv edilməsinin, devalvasiya ilə bir başa əlaqəsi olduğunu da qeyd edib.  

Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
İqtisadiyyat 09:56
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
İqtisadiyyat 08:34
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
Nazirlik:
İqtisadiyyat 08:00
Nazirlik: "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - ÖZƏL
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
İqtisadiyyat 07:56
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
İqtisadiyyat 04:21
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
İqtisadiyyat 02:01
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
İqtisadiyyat 01:11
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
İqtisadiyyat 00:44
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol