• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”

İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”
29.05.2020 05:29
"Azərbaycanla Əfqanıstan dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə keçirilən görüşdə bəyan edib.
 
Azərbaycanla Əfqanıstanın beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq apardığını deyən dövlət başçısı iki ölkənin BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq etdiyini bildirib. "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik”.
 
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığın bu iqtisadi komponentini gücləndirməyə hazırdır. "Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tiflis-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm”, - deyə o vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
İqtisadiyyat 11:28
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
Azərbaycanda bu qanunlar ləğv olunur
İqtisadiyyat 12:23
Azərbaycanda bu qanunlar ləğv olunur
Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
İqtisadiyyat 14:29
Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident
İqtisadiyyat 18:29
Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident
Azərbaycan və Aİ arasında təbii qaz nəqlinin artırılması haqqında saziş imzalandı - CANLI YAYIM
İqtisadiyyat 16:21
Azərbaycan və Aİ arasında təbii qaz nəqlinin artırılması haqqında saziş imzalandı - CANLI YAYIM
Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini
İqtisadiyyat 17:26
Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini
İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”
İqtisadiyyat 05:29
İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”
Pensiyalar ciddi şəkildə artacaq - Nazirdən ŞAD XƏBƏR
İqtisadiyyat 04:50
Pensiyalar ciddi şəkildə artacaq - Nazirdən ŞAD XƏBƏR
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
22:18
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol