• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini

Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini
02.06.2022 17:26
Ermənistan Azərbaycanla münasibətlərini tam bərpa etsə onlara enerji ixrac olunacaq, bunu anews.az-a açıqlamasında  energetika nazirinin müavini Elnur Soltanov deyib.
 
"İlkin araşdırmalarımıza görə hazırda Qarabağda olan ermənilər qaz və elektrik enerjisinə görə daha çox pul ödəyir. Bizdə isə bu tariflər daha aşağıdır. Qarabağda elektrik infrastuktur hazırdır. Əgər siyasi qərar olsa ora enerji verilməsi  gün və saaat məsələsi olacaq. Orada yaşayan əhali Azərbaycan vətəndaşlığını qəbul etsə və Azərbaycanın qoyduğu şərtlər məqbul hesab olunsa o zaman bu proses icra olunacaq", - nazir müavini bildirib.
 
Elnur Sultanov onu da bildirib ki, ermənilər Qarabağda olan qaz xəttlərini məhv edib.
 
"Qazla bağlı olan hərşeyi ermənilər məhv edib. Ona görə də ilk növbədə elektrik xəttləri çəkildi. Qarabağa təbii qazın çəkilməsi SSRİ dövründən qalan və Ağdamdan keçən bir xəttlə mümkün idi. İndi həmin xəttin bərpa olunması müzakirə olunur. Əgər qərar verilərsə bu bir ildən də az vaxt ərzində mümkün olacaq. Azərbaycana qonşu olan ölkələrlə qaz mübadiləsi aparılır. Elektrik enerjisi isə demək olar bütün qonşulara ixrac olunur. Əgər gələcəkdə Ermənistan Azərbaycanla münasibətləri tam qaydasına qoysa onlara da enerji və qaz ixrac oluna bilər", - Sultanov söyləyib.
 
Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpaolunan enerji mənbələri, 10 faizi neft və 2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir. Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur və ölkə idxaldan asılıdır (ümumi enerji təchizatının 65-70 faizi). Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur. Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit keçən boru kəməri ilə və elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da Ermənistan üçün əsas təchizatçısı Rusiyadır.
 
Ermənistana qaz təchizatı əsasən 2 boru kəməri vasitəsilə həyata keçirilir: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri. İran-Ermənistan qaz kəməri Ermənistanın qaza olan tələbatını (illik 2,3-2,5 milyard kubmetr) təxminən 2 qatı həcmində ölkəni qaz ilə təmin etmək gücünə malikdir. İstifadəyə verildiyi ilk illərdə İran təbii qazı ilə Ermənistan elektrik enerjisi barter olunurdu. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.
 
 
Ləman Qasımova 

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol