• $
  • £

"2015-ci il karyeramın ən uğurlu ili oldu" – Aqolli

29.05.2020 09:05
"Bu il şəxsən mənim üçün yaxşı alındı. 2015-ci ili karyeramın ən uğurlu ili sayıram. 

"Qarabağ"la Azərbaycan çempionu oldum, ölkə kubokunu qazandım və ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynadım. Daha sonra Albaniya yığması ilə ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə etdim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib.

"Avro-2016"nın seçmə mərhələsində keçirdikləri oyunlar haqda danışan 33 yaşlı futbolçu bunları bildirib: "Seçmə mərhələnin bütün oyunları həyəcanlı keçdi. Portuqaliya üzərindəki qələbə, Serbiya ilə oyun və Ermənistana qalibiyyət bizim üçün böyük stimul oldu. Ardından Danimarka ilə heç-heçə oynadıq və nəhayət səfərdə Ermənistana qalib gəlməklə "Avro-2016"nın final mərhələsinə vəsiqə qazandıq. Həmin oyundan sonrakı emosiyaları təsəvvür etmək mümkün deyil".

Aqolli həmçinin komandasının "Avro-2016"nın final mərhələsindəki şanslarını dəyərləndirib: "Qrupumuzda olan bütün yığmalar keyfiyyətli komandalardır. Onların bəziləri ilə daha öncə qarşılaşmışıq və bu səbəbdən rəqiblərimizi tanıyırıq. Ancaq istənilən halda Avropa çempionatında ilk dəfə oynayacağımız üçün bizə çətin olacaq. Bununla belə, mən komandaya inanıram. Əgər sakit qalaraq bütün diqqətimizi oyunlara kökləyə bilsək, əminəm ki, hər matçdan yaxşı nəticə ilə ayrılacağıq".

Qeyd edək ki, A qrupunda qərarlaşan Albaniya millisi Fransa, Rumıniya və İsveçrə yığmaları ilə mübarizə aparacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol