“CinemaPlus” “Delibal” yeni türk filminin nümayişinə başlayır
Azərbaycanın premium kinoteatrı "CinemaPlus” yanvarın 8-dən etibarən türk melodramı "Delibal” filminin nümayişinə başlayır.
Filmdə Barışın oxuduğu universitetinin tələbələrinin ehtiraslı sevgi tarixcəsi göstəriləcək, hansı ki, bütün ömrünü musiqiyə və Füsun adlı cazibədar qıza həsr edir.
Filmin baş qəhrəmanları gənc, lakin artıq istedadlı aktyor Çağatay Ulusoy və model Leyla Lidia Tuğutludur. Öz qəhrəmanının rolunu oynamaq üçün Ulusoy 7,5 kiloqram arıqlamış, zərb musiqi alətləri və motosikl idarə etmə dərsləri almış. Filmin rejissoru Аli Bilgindir. Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın rəsmi saytı www.cinemaplus.az - dan onlayn olaraq əldə etmək olar və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

www.ann.az
Son xəbərlər
Daha çox