• $
  • £

Şoloxov Nobel alanda rəqibləri bu yazıçılar imiş

Şoloxov Nobel alanda rəqibləri bu yazıçılar imiş
08.01.2016 23:56
İsveç Akademiyası Nobel mükafatına real namizədlərin adlarını, müzakirələri əlli il gizli saxlayır, bu o deməkdir ki, artıq biz 1965-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmuş Mixail Şoloxovun rəqiblərini bilə bilərik.

İsveçin "Svenska Dagbladet" qəzetinin jurnalisti İsveç Akademiyasının 1965-ci il sənədlərinə baxıb.

O xəbər verir ki, həmin il Şoloxovun real rəqibləri Pablo Neruda, Nabokov və Borges imiş.

Şoloxovun həmin il seçilməsi isə anonim verilmiş yekdil qərar olub. Seçim vaxtı Nobel Komitəsinin sədri Anders Österling deyib:

"Sakit Don klassik şedevrdir, hər oxuyanda parlayır, bu folk epik əsərin namizədliyini birmənalı şəkildə dəstəkləyirik, hərçənd, bunu gec edirik.” Bu ikihissəli kitab 1928 və 1940-cı illərdə çap olunmuşdu.

Jurnalist Schueler xəbər verir ki, 1965-ci ildə Şoloxovun bu mükafatı rus şairəsi Anna Axmatova ilə bölüşməsi də müzakirə edilirmiş.

Bu fikri Nobel Komitəsinin sədri A.Österling rədd edib, deyib ki, bu iki yazıçı arasında dildən başqa ümumi bir şey yoxdur.

O, həmçinin mükafatın növbəti il – 1966-cı ildə Miguel Ángel Asturias və Borges, həmçinin Shmuel Joseph Agnon və Nelly Sachs arasında bölüşülməsini rədd edib.

İrland yazıçısı Colm Toibin isə hələ 10 il bundan əvvəl yazırdı ki, jurnalistlər Borges-ə əsl "işgəncə” verirmişlər, onlar 1965-ci ildə və sonrakı illərdə Borges’in qapısının ağzında növbəyə durur, Nobel mükafatının qalibi elan edilən kimi Borges’in fikrini soruşurdular. Jurnalistlərin bu adəti onu çox kədərləndirirdi. Colm Toibin bunu yazarkən Borges'in qulluqçusu Epifanía Uveda de Robledo-ya istinad edir.

M.Şoloxovun rəqiblərindən yalnız Pablo Neruda, 1971-ci ildə Nobel mükafatı alıb. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol