• $
  • £

The Huffington Post: Bakı – dialoq və sülhün unikal geopolitik qovuşma məkanı

The Huffington Post: Bakı – dialoq və sülhün unikal geopolitik qovuşma məkanı
13.01.2016 21:06
 
Bir müddət əvvəl ABŞ-ın ən nüfuzlu nəşrlərindən biri olan "The Huffington Post”da Bakı haqqında maraqlı bir məqalə dərc olunub. Müəllif Annet Blyumdur. Məqaləni oxucularımıza təqdim edirik: 

Oskar Uyald belə deyib: "Həyat incəsənəti incəsənətin həyatı imitasiya etdiyindən daha çox imitasiya edir”. Faktiki olaraq, incəsənət bu gün bir çox formalarda üzə çıxa və bizim arzularımızın konkret mücəssəməsi, konsepsiyası və ya innovativ və daimi yaradıcı konstruksiyası ola bilər. Bu artistik prosesin ən tutarlı nümunələrindən biri dialoq - bəzən yaradıcılıq forması kimi görməzdən gəlinən, ancaq bəlkə də ən təsirli və qalıcı  olan paylaşma və kommunikasiya prosesi - sayıla bilər. İncəsənətdə və innovasiyada dialoqun əhəmiyyətini qabardan cəhət incəsənətin, sosial aktivliyin və sosial ədalətin qovuşmasında özünü göstərir: bu sahələr bütün dünyada bir-biriylə əməkdaşlıq edir, strateji əlaqələr qurmaqla dəyişikliyə səbəb olurlar və daha çox meynstrimə çevrilirlər. 

Aktivistlər, sənətçilər və dünya sülhünə nail olmaq üçün dialoqun potensialına inananlar üçün təsirli dəyişikliyə nail olmaqdan ötrü dialoqun dünya miqyasında necə işlədiyini anlamaq vacibdir. Ancaq əlverişli istiqamətlərə yönəlmək üçün və insan münasibətlərində daha yaxşı modellər və sülhə imkan verəcək potensial sistemlər qurmaq üçün dialoq bizə hansı töhvələri verir? Qarşılıqlı inam, sülhməramlı dinlər və incəsənətdə aktvizm dəstəkçisi olan QHT-lər fəalı kimi bu sual mənim üçün çox vacibdir. Bu yaxınlarda Azərbaycana, Bakıya səfər edəndə mən bunu öz gözlərimlə görmək kimi imtiyaza layiq görüldüm. 

Bakıda keçirilən 2015 Dünya Mədəniyyətlərarası Dialoqu forumunun panelisti və iştirakçısı kimi mən həmkarlarımın və liderlərin geniş internasional qrupuna qoşuldum. Mən Azərbaycan haqqında ziddiyətli fikirlər eşitmişdim, ancaq bəzi səbəblərdən dəvəti məmnuniyyətlə qəbul elədim. 

Birincisi, mənə Azərbaycan ona görə maraqlıydı ki, o, 1918-ci ildə müsəlman dünyasında ilk qurulan sekulyar müsəlman dövləti olub. Həmçinin Azərbaycan mühafizəkar, bəzən radikal ideologiyaların əhatəsində olmasına baxmayaraq, 1919-cu ildə qadınlara səsvermə hüququ verib. Onlar bu məsələdə ABŞ-ı belə qabaqlayıblar. 

Üçüncü səbəb də heç də az vacib deyildi, bu, Azərbaycanın İsraillə uzun sürən dostluq tarixi idi. İki ölkənin dünyaya baxışında oxşar xüsusiyyətlər və fərqliliyə eyni cür güclü yanaşmaları var. Mən "Simon Wiesenthal Center”dən olan həmkarım Rabi Kuperlə Yəhudi icmasını və sinaqoqu ziyarət etmək kimi şərəfə layiq görüldüm. Yəhudi icması Bakıda müsəlman çoxluğun içində sülh və əmin-amanlıq içində yaşayırlar. Qarşılıqlı nigahlar qəbul edilir və hər iki icma daha yaxşı icma yaratmaq üçün birlikdə işləmək kimi ümumi marağı bölüşürlər. Bu dəyərlər öz yerində, İsrail və Azərbaycanında ortaq maraqları var. Azərbaycan İsrailə önəmli ölçüdə neft ixrac edir, İsrail isə Azərbaycan dövləti və xalqına investisiya yatırır, texnologiya və servis ixrac edir. 

Bizim rəngarəng nümayəndə heyətimiz Bakıda cəmiyyət və dövlət liderlərinin dialoqun gələcəyimizin formalaşmasında fundamental rol oynadığı bir zamanda strateji əməkdaşlıqlaq qurmaq və idarə etməkdə necə töhvə verə biləcəklərini müzakirə etdi. Azərbaycan geopolitik baxımdan unikal ölkədir, region ekstremizlə boğuşduğu bir vaxtda Azərbaycanın özünü gərginlikdən və parçalanmalardan qoruya biləcək gücü var. Bu mənada Azərbaycanda mövcud olan yeganə münaqişənin 1992-ci ildə Sovetlərin əliylə qızışdırılan Ermənistan sərhədinə yaxın Dağlıq Qarabağ münaqişəsi olduğunu deyə bilərik. Konfliktdən əvvəl müsəlmanlar azərbaycanlılarla erməni xristianlar arasında qarşılıqlı nigahlar yayğın idi və münaqişəyə baxmayaraq, hazırda Azərbaycanda 30 min erməni sülh içərisində yaşayır. 

Bütün bu faktorları nəzərə alanda Azərbaycan Respublikasının daxildə və dünya miqyasında qarşılıqlı inam və multikultural harmoniyanı qabardan belə bir tədbirə ev sahibliyi etməsi çox uyğun və maraqlı idi. 

Müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi dövlətdə multikulturalizm ənənələrini və Azərbaycansayağı tolerantlığın bugünkü cəmiyyətdə necə əks olunduğunu görmək üçün Bakıya səfər edən həmkarlarla və eyni dünyagörüşü paylaşan liderlərlə görüşmək çox əlamətdar idi. Biz etiraf etdik ki, Azərbaycandakı müsbət dəyərləri, yeni perspektivləri digər ölkələr də bölüşə bilərlər. 

Biz qrup olaraq bütün dünyada dialoqun davam etdirilməsinin vacibliyindən, onun təsirindən və bundan sonra nələrin edilə biləcəyindən danışdıq. Azərbaycanla bağlı qarşılıqlı inam barədə çıxışlarda bu unikal cəmiyyətin bir çox ölkələr üçün müxtəlif icmaların birlikdə sülh və əminəmanlıq şəraitində necə güclü nümunə ola biləcəyini gördük. Azərbaycanın bunu İranla qonşu ola-ola əldə etdiyi faktını nəzərə alanda isə, onun prinsiplərinə sadiqliyi və həmrəyliyi bir daha özünü göstərir. 

İsraillə müttəfiq olan digər müsəlman ölkələrinin dövlətlərinin və xalqlarının qeyri-stabil olduğu faktı göz önünə gətirələndə Azərbaycanın dövlət və xalq kimi tolerantlıq və açıqlığı qucaqlaması böyük əhəmiyyət daşıyır və bu dəyərlər bu ölkədə onillərdir ki, hakimdir. Xalqın dərinliklərinə qədər işləyən qeyri-tolerantlığa və ekstremizmə qarşı açıq və ümumi əhval-ruhiyyə ətraf ölkələrdən gələn təhlükələrin cücərməsinin qarşısını alır. 

Azərbaycan bu öhdəliyə cəmiyyətin bütün sahə və dərəcələrində əməl edir. Azərbaycan Ali Məhkəməsinin üzvlərindən biri yəhudi qadındır, parlamentdə isə müsəlman deputatlarla birgə yəhudi və xristian deputatlar da oturur. Azərbaycan müxtəlif dinlərdən və mədəniyyətlərdən olan insanların azad və bərabər hüquqlu yaşadığı bir ölkədir. 

Bakıda əldə etdiyim təcrübə mədəniyyət, dialoq və sülhə köklənmiş activist kimi bu tədbirin burada keçirilməsinin tam qanunauyğun olduğunu deməyə imkan verir. Bu, bizim üçün dünya sülhünə nail olmaqdan ötrü qarşılıqlı anlayış və qəbul edilmək mühitinin yaranmasında canlı nümunə oldu. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol