“Qalatasaray”ın əfsanəvi qapıçısı intihara cəhd etdi

Kolumbiya millisinin və "Qalatasaray”ın əfsanəvi qapıçısı olmuş Fərid Mondraqon intihara cəhd edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna futbolçunun həyat yoldaşı ilə ayrılması səbəb olub. O, yüksək dozada sakitləşdirici qəbul edərək özünü öldürmək istəyib.
Mondraqob hadisədən sonra xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər