İtkin neftçilərin axtarışları gücləndirildi
![İtkin neftçilərin axtarışları gücləndirildi İtkin neftçilərin axtarışları gücləndirildi](https://anews.az/photo/850x500/2016-01/1452843015_itkin.jpg)
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Bu haqda Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
"Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” yanğınsöndürmə gəmisi hadisə yerindədilər. Bundan əlavə, Nazirliyin aidiyyəti qurumları itkin düşənlərin axtarış işlərini həyata keçirir”.
Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. İtkin düşən neftçilərdən 11 nəfərin cəsədi tapılaraq ailələrinə təhvil verilib, daha 19 nəfərin axtarışları davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)